Bu maraqlıdır!

Rum rəqəmləri

Rum say sistemi — Qədim Romalıların istifadə etdiyi rəqəmlərdir. İlk olaraq eramızdan əvvəl VI əsrdə etrusklar arasında əmələ gəlmişdir (bu tayfa Apennin yarımadasının şimal-qərbində yaşayıb). Say sisteminin bəzi əlamətlərinin məhz proto-Keltlərdən götürüldüyü fərziyyəsi də irəli sürülür.
 
Sistem qədim dövrlərdən istifadə edilmiş, orta əsrlərdə müəyyən qədər dəyişdirilmiş və müasir vəziyyətə düşmüşdür. Mövqesiz say sistemi olduğu üçün bu say sistemində riyazi hesablamalar aparmaq çətindir. Bu sistemdə rəqəmləri müvafiq hərflərlə əvəz edirlər. Rum rəqəmləri əsasən nömrələnmiş siyahılarda, siferblatlarda, tarixlərin və s. yazılmasında istifadə olunur.
 
Günümüzdə Rum rəqəmləri geniş şəkildə tanınır: məsələn, Moskva Kremlinin Spasskaya Qülləsinin və Londondakı Vestminster Sarayının qülləsinin (Big Ben) saat üzərində, abidələrin postamentlərində və sənədlərdə rast gəlmək mümkündür.
 
Rum rəqəmlərin çəkilmə prinsipi “insan əli ilə oxşarlığı” ilə izah olunur: 1, 2, 3, 4 - barmaqların sayına görə, “V” - rəqəmi bir-birinə bitişik dörd barmağın yerləşdiyi açıq ələ bənzədiyinə görə, “X” - təxəyyülün köməkliyi ilə iki çarpaz çevrilmiş barmağa bənzədiyinə görə.
 
Rum rəqəmləri - mövqesiz say sistemidir. Bu say sistemində cəmi 7 rəqəm var, bunlar: I (unus) = 1; V (quinque) = 5; X (decem) = 10; L (quinquaginta) = 50; C (centum) = 100; D (quingenti) = 500; M (mille) = 1000.
 
1-dən 3999-a qədər bütün tam ədədlər yuxarıdakı rəqəmlərdən istifadə etməklə yazılır.
 
∙ Kiçikdən əvvəl daha böyük rəqəm gəlirsə, onlar toplanılır:
 
VI = 5 + 1 = 6; XV = 10 + 5 = 15; LX = 50 + 10 = 60; CL = 100 + 50 = 150;
 

∙ Əgər kiçik ədəd böyükdən əvvəl gəlirsə (bu halda təkrarlana bilməz), onda böyükdən kiçik ədədi çıxılır; yalnız ədəd silsiləsində azalmaya ən yaxın olan ədədi çıxmaq olar:
 
IV = 5 - 1 = 4; IX = 10 - 1 = 9; XL = 50 - 10 = 40; XC = 100 - 10 = 90;
 
∙ V, L, D rəqəmləri təkrarlana bilməz; I, X, C, M rəqəmləri ardıcıl üç dəfədən çox təkrarlana bilməz: yəni 40 rəqəmi XXXX kimi yazıla bilməz, ancaq LX kimi yazıla bilər. Bütün bu qaydalardan belə nəticə çıxır ki, Rum rəqəmləri ilə yazıla bilən maksimum rəqəm MMMCMXCIX = 3999-dur.
 
VIII = 8; LXXX = 80; DCCC = 800; MMMD = 3500.
 
∙ Ədədin üzərindəki xətt onun dəyərini 1000 dəfə artırır:
 
V = 5000; X = 10.000; L = 50.000; C = 100.000; D = 500.000; M = 1.000.000.
 
∙ Rum rəqəmlərində sıfır yoxdur.
 
• Rum rəqəmlərində ədəddən əvvəl ‘bir’ gəlməsi yalnız dörd (IV) və doqquzda (IX) vardır.
 
 
Nümunələr:
 
6 = 5 + 1 = V + I = VI
 
11 = 10 + 1 = X + I = XI
 
17 = 10 + 7 = X + VII = XVII
 
14 = 10 - 1 + 5 = X - I + V = XIV
 
35 = 30 + 5 = XXX + V = XXXV
 
81 = 50 + 30 + 1 = L + XXX + I = LXXXI