Nağıllar, hekayələr

Terapevtik hekayə. Boz qulaq dovşan

Meşənin birində “Boz qulaq dovşan” yaşayırdı. Onun çoxlu dostu var idi. Bir gün dostu “Qısa ayaq kirpi” dovşanı ad günü məclisinə dəvət etdi. Dovşan dəvətə çox sevindi və o, dostu kirpi üçün çiyələk toplamaq üçün uzaq bir çəmənliyə üz tutdu. Dovşan bir dolu səbət çiyələk yığıb, kirpinin evinə yollandı, lakin onun yolu sıx meşəlikdən keçdi.


Səmada günəş parlayırdı. Dovşan yubanmadan şən əhval ruhiyyə ilə Kirpinin evinə çatdı. Kirpi dovşanın gəlişinə çox sevindi. Daha sonra "Qırmızı quyruq dələ” və “Yumyaş qarın porsuq” da gəldilər. Hamısı birlikdə rəqs edib oynadılar, sonra tort yeyib, çiyələkli çay içdilər. Çox əyləncəli idi, lakin vaxt sürətlə keçirdi və hava artıq qaralmağa başlamışdı. Evə getmək vaxtı gəlib çatmışdı! 


Dostlar kirpi ilə sağollaşıb evlərinə getdilər. Dovşan da sağollaşıb, evinə doğru yol aldı. Əvvəlcə o, aydın, işıqlı yol ilə sürətlə addımladı, lakin tezliklə hava tamamilə qaraldı və dovşan artıq qorxmağa başladı. O, bir kənarda dayanıb qaranlıq meşədən gələn səslərə diqqətlə qulaq asdı. Birdən qəribə bir xışıltı eşitdi. Dovşan tez otdan yapışıb titrəməyə başladı. Daha sonra külək əsdi və dovşan dəhşətli bir cığıltı eşitdi - sağa baxdı və nəhəng, dəhşətli bir şey gördü: onun çoxlu uzun və yöndəmsiz qolları var idi. O, qollarını hər tərəfə yelləyib, eyni zamanda həmin dəhşətli cığıltı səsini çıxarırdı ...


Dovşan qorxusundan yerindəcə donub qaldı. O, düşündü ki, bu bir yırtıcıdır, indi onu yöndəmsiz əlləri ilə tutacaq, sonra yeyəcək... 


Yazıq Dovşan yırtıcını görməmək və eşitməmək üçün pəncələri ilə qulaqlarını tutdu, gözlərini isə bərk yumdu. Dovşan bir yerdə dayanıb ölümünü gözləməyə başladı.


Beləliklə, bir müddət keçdi və ... heç nə baş vermədi. Sonra dovşan öz-özünə dedi: “Mən doğrudanmı burada dayanıb qorxudan öləcəm? Bəs mən ölsəm anama nə olacaq? Çünki o, mənsiz qala bilməz!”


Dovşan gücünü toplayıb gözlərini açdı və cəsarətlə yırtıcıya baxdı. Birdən o, qarşısında heç də yırtıcı deyil, hər səhər gəzərkən həmişə salamlaşdığı - köhnə Palıd ağacının olduğunu, nəhəng qolların isə sadəcə gün ərzində quşların üstündə mahnı oxuduqları - budaqlar olduğunu gördü. Qoca palıd cırıltı salırdı, çünki onun köhnə çatlamış qabığı külək dəydiyində yellənirdi. Bizim dovşan köhnə dostundan – qoca Palıddan qorxduğu üçün yüksək səslə güldü.


Dovşan evə getməyə davam etdi. İndi o, gecələr meşədə dəhşətli bir yırtıcının ola bilməyəcəyini artıq bilir. Bu hadisədən sonra Boz qulaq dovşan bir daha qaranlıq meşədən qorxmadı.