Təbiət

Dünya Okeanının körfəz və boğazları

KÖRFƏZ – okeanın və ya dənizin quruya çox daxil olmuş, lakin okeanla sərbəst əlaqəsi olan hissəsidir. Dənizlərdən fərqli olaraq, suyunun xassələrinə, axınlarına və orada yaşayan canlılara görə okeanlardan az fərqlənir. Körfəzlər okeanlardan, dənizlərə nisbətən daha az təcrid olunub və onların xarici sərhədi şərtidir. Bəzi dənizləri səhvən körfəz, bəzi körfəzləri isə dəniz adlandırıblar. Əslində Meksika körfəzi dəniz, Qırmızı dəniz isə körfəz adlandırılmalıdır. Çünki Meksika körfəzinin suyunun fiziki-kimyəvi xüsusiyyətləri və üzvi aləmi onu dəniz adlandırmağa imkan verir.


Dünya okeanının ən mühüm körfəzləri Meksika, Alyaska, Müqəddəs Lourens, Benqal, Qvineya, Böyük Avstraliya və Biskaydır.


Sakit Okeanda - Panama, Alyaska, Kaliforniya, Anibar, Kuk (Kenay);


Atlantik okeanda - Qvineya, Müqəddəs Lourens, Meksika, Biskay, Hudson, Botnik, Meksika, Fandi;


Hind okeanında - Benqal, Böyük Avstraliya, Ədən, Oman, Coğrafiya;


Şimal Buzlu Okeanında - Hudzon körfəzi, Ob körfəzi, Amundsen;


Cənubi Okeanda - Nikolay Zubov, Mikluxo-Maklay, Poldinq, Porpes, Riqli.


Böyük okean körfəzləri Biskay, Qvineya, Benqal, Alyaska və s. mahiyyətcə ucqar dənizlərdir və yalnız ənənəyə görə körfəz adlanırlar.


Buxta - kiçik ölçülü körfəzlərə deyilir. Körfəz və buxta arasındakı əsas fərq onların ölçüsüdür. Ümumi halda, körfəz buxtadan xeyli böyükdür, baxmayaraq ki, onlar arasında müəyyən sərhəd ölçülərini müəyyən etmək mümkün deyil. 


Körfəzin (buxtanın) girişi – körfəzin okeana və ya dənizə bitişik olan xarici hissəsidir.


Körfəzin (buxtanın) üstü – körfəzin quruya çıxan ən daxili hissəsidir.


Formadan asılı olaraq, körfəz (buxta) bir, iki və ya daha çox zirvəyə malik ola bilər.


Quba (dodaq) - çayın mənsəblərindən əmələ gələn uzunsov körfəzlərə deyilir. Bu termin əsasən Rusiyanın ərazisində yerləşən buxta və körfəzlərin bir qismində işlədilir. Bu tip körfəzlərə əsasən iri çaylar tökülür.


Liman - donanmanın lövbər salmasına imkan verən dəniz su hövzəsidir. Körfəzdən və ya buxtadan dənizə doğru daha dar açılışı ilə seçilir. Açılış çox dardırsa, keçid darboğaz adlanır. Məsələn: Qara dənizin Şimal-Qərb sahillərinin limanı və Azov dənizinin Şimal sahilləri, Berinq dənizindəki Anadır limanı.


Laqun - sahil boyu uzanan, dənizə tamamilə kiçik bir boğaz vasitəsilə bağlanan və ya dənizdən tamamilə ayrılan, şor sulu kiçik bir körfəzdir (buxtadır). Nümunə kimi aşağıdakı laqunları göstərmək olar: Akatan və Nutauqe (Çukot dənizi), Timnqa və Kainqu-Pilgin (Berinq dənizi), Saxalin adasının şərq sahillərinin laqunları, Madre və Tamyauqe laqunları (Meksika körfəzi) və bir çox başqaları.


Fyord – ensiz və dərin, yamacları dik olan qayalıqlı dəniz körfəzidir. Fyordlar materik buzlaqlarının fəaliyyəti, sonralar isə çay dərələrinin və tektonik çökəkliklərin dənizi basması nəticəsində əmələ gəlmişdir. Belə körfəzlərin olduğu sahil “fyord tipli sahil” adlanır. Fyord tipli sahilə Norveç, Qrenlandiya, Yeni Torpaq, Alyaska, İslandiya, Çili sahillərində rast gəlinir.

 

BOĞAZ – dünya okeanında hər hansı iki quru hissəni (materikləri, adaları, materiklə adanı) bir birindən ayıran və iki su hövzəsini bir-biri ilə birləşdirən, nisbətən ensiz su sahəsidir.


Planetimizin ən geniş və dərin boğazı – Dreyk boğazıdır (maksimum eni 950 kilometrdir (minimum - 820 kilometr), ən uzunu isə - Mozambik boğazıdır (uzunluğu təxminən 1760 kilometr). Okeanların ən mühüm boğazları - Cəbəllütariq, Magellan, Berinq, Bab-el-Mandeb və Malakkadır.


Magellan və Dreyk boğazları– iki okeanı, Bosfor və Dardanel - dənizləri, La-Manş və Cəbəllütariq - dənizlə okeanı, Mozambik boğazı və Kattegat - okean və dənizlərin ayrı-ayrı hissələrini  birləşdirir. Cəbəllütariq, Babülməndəb boğazı, Malakka boğazı, Sinqapur və s. boğazların böyük ticarət və strateji əhəmiyyətə malikdir.


İki göl, yaxud gölün ayrı-ayrı hissələri arasında da boğazlar olur (Böyük Göllər sistemində Miçiqan və Huron gölləri arasında Makinak boğazı).


Boğazlar 3 növə bölünür:


1. Torpaq hissələrinə münasibətdə yerləşdiyi yerinə görə (iki adanı, bir qitəni və adanı, bir və ya iki fərqli qitənin hissələrini ayıran). Məsələn, Çukotkadakı Berinq boğazı Asiyanı Şimali Amerikadan, Bonifaco boğazı isə Fransa və İtaliyaya aid iki adanı, Korsika və Sardiniyanı ayırır.


2. Okeanın hövzələrinə nisbətən yerləşməsinə görə (birinin hövzəsində uzanan və ya iki okeanın hövzələrini birləşdirən). Beləliklə, yuxarıda qeyd olunan Berinq boğazı Şimal Buzlu və Sakit okeanları birləşdirən ikinci tipə aiddir.


3. Statusuna görə (beynəlxalq hüquqi). Burada müxtəlif variantlar var. Belə ki, birincisi, beynəlxalq gəmiçiliyə rəsmi icazə verilən boğazlar var və bununla bağlı müvafiq sazişlər (konvensiyalar) qəbul edilib. Ən məşhur nümunə Qara dənizi Mərmərə dənizi ilə birləşdirən Bosfor boğazıdır.