Tarımın mahnıları
Musiqi: Oqtay Zülfüqarov
Söz: Hikmət Ziya
Eyvanda tar çalıram, balam, bala-bala-bam,
Bağçaya səs salıram, balam, bala-bala-bam.
Tarı quşlar dinləyir, balam, bala-bala-bam,
Qaranquşlar dinləyir, balam, bala-bala-bam.
II
Tellər dinir, danışır, balam, bala-bala-bam,
Sevincim aşır-daşır, balam, bala-bala-bam.
Oynayır dost, yoldaşım, balam, bala-bala-bam,
Kiçik bacım, qardaşım, balam, bala-bala-bam.