Təbiətdə rastlanan ilk istiqanlı balıq – Opah
Təbiətdə kəşf edilən ilk istiqanlı balıq məhz adi və ya qırmızı üzgəcli Opahdır (Lampris guttatus). Yastı bədən quruluşu və yuvarlaq gövdəsinə görə "Ay" və ya "Günəş" balığı da adlandır.
Tropik və mülayim sularda yaşayan Opah daha çox plankton və xırda dəniz canlıları ilə bəslənir. Ov üçün 400 metr dərinliyə dalır (dərinlikdə isə su səthdən qat-qat soyuqdur), lakin buna baxmayaraq Opah balığının bədən istiliyii sabit qalır. Alimlər bu balıqlara sensorlar qoşaraq müəyyən ediblər ki, okeanın soyuq dərinliklərdə balığın bədən temperaturu ətrafdakı suyun temperaturundan 5°C yüksəkdir.
Opahın termorequlyasiyasının sirri - soyuq dəniz sularından oksigen əldə etdikdə istilik itkisinə yol verməməsidir. Bu balıqlarda damarlar və arteriyalar "möcüzəvi şəbəkə" (rete mirabile, təbiətşünas Jorj Kuvyenin termini) adlanan şəbəkəyə birləşir. Damarların divarları istiliyin keçməsinə imkan verdiyindən, venoz qan onu şəbəkəyə ötürür, bunun nəticəsində damarlardakı soyuq maye istiləşir və artıq yüksək temperaturda toxumalara daxil olur. Artan bədən istiliyi opahları daha güclü və möhkəm edir. Bioloqların fikrincə, bu balıq aktiv yırtıcıdır: isti qan, cəld reaksiya, dözümlülük, iti görmə qabiliyyəti opahın kalamar və sürətli tanrıçalı balıqları ovlaya bildiyini göstərir.
Qırmızı üzgəcli opahın bədən uzunluğu 2 metrə çatır. Balıqların çəkisi müvafiq olaraq 270 və 30 kq-a çata bilər. Döş üzgəclərinin üstündəki yan xətt yuxarıya doğru əyilmişdir. Sinə və quyruq üzgəcləri uzundur. Balıq yastı bədən quruluşuna sahibdir. Ağızı kiçikdir. Qısa, dişsiz çənələr güclü şəkildə irəli çıxa bilir. Ağızın yuxarı kənarının hərəkəri alt çənənin köməyi ilə deyil (digər balıq növlərində olduğu kimi), yuxarı çənənin bir hissəsinin köməyi ilə mümkündür. Kiçik və məsafəli yerləşmiş pulçuqlar toxunduqda asanlıqla tökülür. Balığın dərisi güclü metal parıltıya malikdir (məhz bu xüsusiyyətinə görə “Günəş balığı” adlanır). Bel və sinə üzgəclər çox uzundur, tikanlı çıxıntıları yoxdur. Bel üzgəc ön hissədə arxadan daha yüksəkdir. Döş üzgəcləri güclü və uzundur. Bütün üzgəclər qırmızı rəngdədir.
Həyat tərzi
Tropiklərdən tutmuş qütb enliklərinə qədər bütün okean sularında geniş yayılmışdır. Adətən 20-25 il yaşaya bilirlər. İri ölçüsündən qorxmaq lazım deyil. Opah sakit və zərərsiz balıq növüdür. Ətrafında dalış edən kimisə gördüyündə heç nə olmamış kimi normal həyatına davam edir.
Təsnifatı
2018-ci ilə qədər cinsə iki müasir və bir fosil növü daxildir:
Lampris guttatus - Adi opa və ya Qırmızı üzgəcli opah və ya günəş balığı, Şimal-Şərqi Atlantik, o cümlədən Aralıq dənizinin sularında yayılmışdır.
Lampris immaculatus - Aşağı gövdəli opa, Cənub yarımkürəsinin qütb və mülayim sularında rast gəlinir.
Lampris zatima - Cənubi Kaliforniyanın okean sularında yayılmışdır.
16.12.2023