Mədəni irsimiz

Kеyqubаd məscidi

Kеyqubаd məscidi — Şirvanşahlar saray kompleksinin yuxarı həyətində, Şirvanşahların saray binasının arxasında, Seyid Yəhya Bakuvi türbəsinin qarşısında yerləşən məsciddir. Məscid sifarişçisi olan Şirvanşah I Keyqubadın (1317-1348) adı ilə adlandırılmışdır.

 

Binanın dəqiq tikilmə tarixi və funksiyası mübahisə mövzusudur. Şamil Fətullayev-Fiqarov qeyd edir ki, Keyqubad məscidi daha qədim binanın bünövrələri üzərində qurulmuşdur. Məscid 1918-ci il hadisələri zamanı ermənilər tərəfindən yandırılaraq məhv edilmişdir.

 

Məscid düzbucaqlı ibadət zalından və onun önündəki kiçik dəhlizdən ibarətdir. Zalın mərkəzində gümbəzi saxlayan dörd sütun olmuşdur. Məscidin düzbucaqlı planına vestibüllə birlikdə portal birləşirdi. Məqbərəyə girişlə yanaşı ibadətgah zalının cənub divarında mehrab yerləşirdi.

 

Məsciddə Bаkuvinin tədris və ibаdət еtməsi bаrədə А.Bаkıхаnоv yаzır: “Оnun ibаdət еtdiyi hücrə, işlədiyi məktəb və qəbri оrаdа – məsciddədir”.

 

Tədqiqаtçı S.Аşurbəylinin yаzdığınа görə, Kеyqubаd Şеyх İbrаhimin bаbаsı idi. Şirvanşah Keyqubad 1317-1343-cü illərdə hakimiyyətdə olmuşdur. Hal-hazırda Şirvanşahlar Sarayının aşağı həyətinin cənub hissəsində Kеyqubаd məscidindən sadəcə bünövrə qalıqları və bir neçə tağ salamat qalmışdır.