Bir quş düşdü havadan
Bir quş düşdü havadan,
Qondu sinəmin üstə.
Verdi salam anadan,
Ağzında, kağız üstə.
Dedim, quşum, di uç get,
Məndən ona salam et.
Oynamağa yoxdur vəqt,
Dərslərimdir çox-çox sərt.
«Bir quş düşdü havadan» mahnısının musiqisini və sözlərini Üzeyir Hacıbəyli keçən əsrin 20-ci illərində yazmışdır. Göründüyü kimi, bəstəkar təkcə operettalar, operalar, simfonik əsərlər, romanslar deyil, eyni zamanda uşaq mahnıları da yaratmışdır.
29.11.2022