Təbiət

Kelaynak quşu

Kelaynak quşu (Geronticus eremita) - fərqli görünüşə sahib nəsli kəsilməkdə olan köçəri quş növüdür. Ailənin digər nümayəndələrindən “başındakı dağınıq lələklər” ilə fərqlənir. 


“Meşə ibisi” və ya “Keçəl ibiz” kimi də tanınan bu quş - 70-80 sm uzunluğa, 1,2-1,5 kq. çəkiyə və 125-135 sm uzunluğunda qanadlara sahibdir. İşıqda qara lələkləri xarakterik metal parıltısı əldə edir. Quşun boyun və qarnında bozumtul-gümüşü rəngli ləkələr var. Başın arxası və qanadların orta hissəsi yaşımtıl-mavi rəngli parlaq lələklərlə örtülüdür.


Qida rasionunu-əsasən böcək, kərtənkələ, qurd və ilbizlər təşkil edir, bəzən ölü kiçik onurğalıları belə yeyir. Quşlar koloniyalarda yuva qururlar.


XVII əsrin ortalarına qədər, meşə ibisi avropalılar üçün kifayət qədər tanış quş idi. Bəzi qeydlərdə, meşə ibisinin Aralıq dənizindən Alp dağlarına qədər uzanan ərazilərində yaşadığı məlumatı vardır. O, təkcə Aralıq dənizində deyil, həmçinin Almaniya, İsveçrə və Avstriyada belə yayılmışdı. Bu gün bu növə Avropanın vəhşi təbiətində rast gəlinmir.

 

Avropada bir vaxtlar aristokratların süfrələrində meşə ibisinin cücələri və yumurtaları verilirdi. Təəssüf ki, kelaynak quşunun cücələrinin əti nəfis ləzzət hesab olunduğundan və bu səbəbdən kütləvi şəkildə amansızcasına məhv edildiyindən, quşun populyasiyasının qarşısı kütləvi şəkildə alınmışdır. 1528-ci ildə imperator I Ferdinand quşun yumurtalarının və cücələri yığmağı qadağan edən fərman verdi. O gündən bu yana ancaq xüsusi təyin olunmuş insanlara və yalnız zadəganların süfrəsinə verilməyə icazə verildi. Bu qərar belə ibislərin azalmasının qarşısını almağa kömək etmədi. Hazırda növ kritik təhlükə altındadır (mühafizə olunan status - CR). Artıq XVII əsrin sonlarından bəri meşə ibisi nəsli kəsilmiş quş hesab olunur.  Xoşbəxtlikdən, XIX əsrin ortalarında tədqiqatçılar Türkiyənin cənubunda və Mərakeşdə bu quşların bir neçə koloniyasını tapmağa müvəffəq oldular.


Bəşər sivilizasiyası tarixində, Qədim Misir mifologiyasında kelaynak quşu (və onun digər nümayəndələri) mühüm rol oynamışdır. Ədəbiyyatda belə bir rəvayət var ki, qədimdə “bərəkətin” rəmzi hesab edilən kelaynak quşu Nuhun gəmisində belə yer almışdır.