FOTO

Azərbaycan tarixinin Heydər Əliyev zirvəsi - FOTOKOMPOZİSİYA

Müasir Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasından 100 il ötür. Ulu Öndərin zəngin dövlətçilik irsi indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir.


Tariximizin bütöv bir qərinəsi xalqımızın Ümummilli Liderinin adı ilə qırılmaz tellərlə bağlıdır. Onun Vətəni və xalqı qarşısında misilsiz xidmətləri unudulmur, daim minnətdarlıq hissi ilə xatırlanır. Hər il mayın 10-da xalqımız öz Ulu Öndərinin xatirəsini böyük ehtiramla yad edir, xatirələr dilə gəlir.


Müxtəlif vaxtlarda çəkilmiş fotoşəkillər bizi Heydər Əliyevli günlərə qaytarır. AZƏRTAC-ın arxivində bu dahi insanın həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən minlərlə nadir fotoşəkil saxlanılır. Həmin fotolar əsasında hazırlanmış xüsusi layihəni təqdim edirik.