Təbiət

Avropa sünbülqıranı

Sünbülqıran sincabların yaxın qohumudur. Onlar böyük koloniyalar şəklində yaşayır və yeraltı yuvalar qazırlar.

 

Dünyada 20 növü olan sünbülqıranların bədəninin uzunluğu 20-40 sm, quyruğu, adətən bədəninin yarısının uzunluğundan qısa olur. Açıq-qum rəngində, tünd-qonurumtul-boz rəngdədir. Üst tərəfdən xallı, yaxud xırda ləkəli və tünd zolaqlıdır. Şimal yarımkürəsinin düzənlik, tundra və dağların açıq landşaftında məskən salır.

 

Bu gəmiricilər yuvalarından uzağa getmir, bitki ilə qidalanırlar. Təhlükə hiss etdikdə bir-birini xəbərdaredərək fit çalır və yerin altında gizlənirlər. Sünbülqıranlar qış üçün taxıl ehtiyatı yığırlar. Bəzən bu ehtiyat 6 kq-a çatır. Sünbülqıran belə fəaliyyəti ilə kənd təsərrüfatına ciddi ziyan vurur.

 

Qışda soyuqdan, yayda istidən qorunmaq üçün sünbülqıranların bir çox növü ildə iki dəfə yuxuya gedir.

 

Sünbülqıranlar İldə 1 dəfə çoxalır. 5-8 bala verir.