Şeirlər

Fikrət Qoca. Bala kirpi

Bir zamanlar,
Yer üzündә,
Bizim Şirvan
Küdrüsündә—
Bir әrköyün
Kirpi vardı,
Min cür oyun
Çıxarardı.


Bir gün
Soraq-soraqilәn
Gәlmişdi

Kür qırağına
Bala kirpi;

Gördü körpü
Gözә dәymir,
Dedi:
—Görüm
Nәdir bu

Kür.
Niyә dәli,
Niyә kürdür?»
O taydaydı
Hәlә bәrә,
Elә-belә
Düşdü


Kürә.
Dәli Kürün
Bәrk acığı.
Tutdu ona.
İstәdi ki,

Çәkib sala
—Burulğana.
«Batıram ha!
Ay һaray,a!»
Xәbәr çatdı
Balıqlara. «Vay, Kür һara,
Kirpi һara!»
Harayına

Tez çatdılar.
Boz kirpini

Burulğandan
Çıxartdılar.
Yuyulmuşdu
Tozu, kiri

Yuyulmuşdu
Bala kirpi.
Ufuldadı,
İnildәdi.
Balıqlara
Belә dedi:
Yoldan qaçın,
Üzәcәyәm.
Mәn batırdım
Yoxsa, bәyәm?!»
Gülmәk tutdu
Balıqları.
«Boğulmuşdun
Dinmә. barı,
Bala kirpi!
Dinmә, kiri,
Qayıt geri,
Gözlә bәrә,
Gәlsin bәri.
Lap arxayın,
Adla çayı!»