Şeirlər

Rəfiqə Qasımqızı. Nar

Çiçəyi ulduz-ulduz,
Yarpaqlar arasında.
Bağların bəzəyidir,
Meyvələr sırasında.


Çiçəyinin rəngindən,
Xoşlanır elə hamı.
Yeyənlərə xoş gəlir,
Turş tamı, şirin tamı.


Meyvəsini bəzəyən,
Onun gözəl tacıdır.
Dişləyib yemək olmaz,
Qabıqları acıdır.


Muncuq-muncuq düzülüb,
Dənələri içində.
Var böyüyü, kiçiyi,
Hərəsi bir biçimdə.


Uşaqlar da çox sevir,
Meyxoş, şirin dadını.
Tapın görüm, uşaqlar,
Bu dadlının adını.