Xantirmə xalçası
Azərbaycan xalçası xalqımızın, eləcə də bütün bəşəriyyətin varidatıdır. Azərbaycan xalçası bu günə qədər xalq istedadlarının əsrlərdən əsrlərə, nəsillərdən nəsillərə ötürdüyü canlı sənət ənənəsidir.
Qarabağ tipinə aid olan, əsas istehsal mərkəzləri Bərdə, Ağcabədi, Tərtər, o cümlədən, Dağlıq Qarabağda Hadrut, Qarabulaq, Köhnə Tağlar və s. olan "Xantirmə" xalçalarının əsas kompozisiyası mənşəyinə görə, hind tirməsinə bənzəyir.
Xanların və aristokratların rəsmi səfərlər, mərasimlər və təntənəli görüşlər üçün libasları tirmədən hazırlanardı. Xalçanın adı da buradan yaranmışdır: "xan" və "tirmə". "Xantirmə"nin orta sahəsinin kompozisiyasını şaquli olaraq yerləşmiş enli və nazik zolaqlar təşkil edir.
"Xantirmə" xalçaları, başlıca olaraq, uzunsov formalı olur.
Enli zolaqların bəzəyi buta və "ilanqac" formalı bükülən budaqlardır. Nazik zolaq-mədaxil enli zolaqlarla növbələşir. Bu mədaxil, həmçinin xalçanın əsas haşiyə zolağı - orta haşiyə xalçanın orta sahəsini əhatə edir.
Orta kateqoriyalı Qarabağ xalçalarına aid olan "Xantirmə"nin təsvirləri əsasında Sankt-Peterburqda "Ermitaj" muzeyində, Sankt-Peterburq etnoqrafik muzeyində, Bakıda İncəsənət Muzeyində qorunan xalçalardır.
"Qarabağ xalçaları" biblioqrafiyası
12.07.2023