Günəş çəkə bilmirəm
Мən Günəşi sevirəm
Hər yanı nurlandırır.
Odlu baxışlarıyla
Dünyanı nurlandırır.
Çoxlu şəkil çəkmişəm,
Təkcə Günəş qalıbdı.
Mənim qızıl Günəşim
Məni işə salıbdı.
Fırçam, rəngim, kətanım
Xarab olub nə qədər.
Atam deyib yığışdır,
Anam deyib nə xəbər...
Açıb-bükə bilmirəm,
Danlayıram özümü.
Günəş çəkə bilmirəm,
Qamaşdırır gözümü.