Təbiət

Gelada

Gelada Efiopiya dağlıq ərazilərində 1800-4400 m yüksəkliklərdə yaşayan meymun növüdür. Yunan dilində "canavar-meymun" mənasını verən Theropithecus cinsinin yeganə canlı üzvüdür. 

 

Geladalar, primatların dünyaya yayıldığı bölgə kimi tanınan Efiopiyada yaşayır. Onlar endemik növ olduqları üçün  nəsli təhlükə altındadır. Çünki onlar ancaq yaşadıqları bölgənin şəraitinə uyğun olaraq təkamül keçirmişlər. Buna görə də dünyada yalnız Efiopiyada yaşayırlar.

 

Öz hisslərini və əhval-ruhiyyələrini üz ifadələri ilə aydın şəkildə ifadə edə bilən Geladalarda üst dodaq yuxarı qalxarsa, damaq və dişlər görünsə, bu, ona yaxınlaşmamaq barədə xəbərdarlıq etdiyini bildirir.  Erkəklərin sinə üzərindəki parlaq qırmızı ləkələri sosial vəziyyətindən asılı olaraq daha parlaq və ya solğun ola bilər. Hər iki cinsin kürkü qəhvəyi rəngdədir.Erkək Geladaların ortalama boyu 125 santimetr, çəkisi isə təxminən 20,5 kiloqram, dişilər isə 5 kiloqram və daha yüngüldür.

 

Otla qidalanan Geladalar dəyişən iqlim şəraiti və çəmənliklərin tədricən azalması səbəbindən də əziyyət çəkirlər. 

 

Erkək Geladaların böyük köpək dişləri var, bu da onları dişilərdən fərqləndirir. Nə qədər qorxulu və döyüşkən olsalar da, Gelada ailəsində yalnız bir erkək fərd olur. Dörd dişi və balalar olan böyük bir ailənin qayğısına qalmaqla məşğul olurlar.

 

Geladalar yüzlərlə qrup halında, sıldırım zirvələrdə və qayaların arasında yaşayırlar. Onlar o qədər hündür ərazilərdə məskunlaşıblar ki, qarğa və şahin kimi yırtıcı növlərlə qonşudurlar. Əsasən ot və bitkilərlə qidalanırlar. 

 

Qayaların arasında yatmağa üstünlük versələr də, vaxtlarının çoxunu dağ-çəmən ərazilərdə keçirirlər.