Xanım Mehdixanlı. Kitabların söhbəti
Artıq neçə vaxt idi ki, üçmərtəbəli evin ikinci mərtəbəsində yerləşən iş otağında təşvişli anlar yaşanırdı. Kitab dolabında yerləşən kitablar son dövrdəki vəziyyətlə əlaqədar iclas təşkil etməyi qərara almışdılar.İclasa kitabların ən savadlısı Ensiklopediya rəhbərlik edirdi. Əlbəttə ki, məclisə ağsaqqalıq etmək onun öhdəsinə düşməliydi. Axı zarafat deyildi buradakı kitablardan ən savadlısı və qocamanı idi.
Ensiklopediya dərindən ah çəkərək söhbətə başladı:
- Əziz dostlar, artıq gündən-günə vəziyyətimiz çətinləşir, axı biz bu evə bəzək əşyası kimi gətirməyiblər. Məni bura bu evin sahibi fərəhlə alıb gətirmişdi və dolabın ən gözəgəlimli yerinə yerləşdirmişdi. O, tez-tez məni oxuyur lazımı məlumatları qeyd edirdi. Mən də bu cür savadlı insana xidmət etdiyimdən çox xoşbəxt olurdum. Lakin son zamanlar evə kompüter gətiriləni bizə əhəmiyyət verən də yoxdur. Ələlxüsus bu evin oğlunun gələcəyini məni çox narahat edir, gününün çoxunu kompüter qarşısında keçirir.
Kitablar təəssüflə ah çəkdilər; -- yəqin kompüter bizdən savadlıdır, biz onunla rəqabət apara bilmərik. Ensiklopediya bu sözdən əsəbiləşdi.
- Kompüter bizlərdən savadlı ola bilməz, bizim hər vərəqimizdə onlarla, yüzlərlə insanın düşüncəsi, hissi həyacanı vardır. Biz nəsillər arasında körpü olmuşuq, əsrlərlə məlumatları nəsildən-nəsilə ötürmüşük. Bizim kimi kitab nəsli yaranana qədər insanlar nə qədər əziyyət çəkmiş, əvvəl əlifba yaratmış, müxtəlif ölkələrdə cürbəcür vasitələrimdən yazı üçün materiallar hazırlamışlar. Hətta müharibələr zamanı düşmən əlinə keçməmək üçün bizim ulu babalarımızı xüsusi yerlərdə qorumuşlar. Böyük dövlət başcıları ən möhtəşəm binalar tikdirmiş bizim əcdadlarımız həmin “kitab evi” adlanan möhtəşəm binalarda qorunub insanlara elm ötürmüşlər.
Folklor kitabı dedi:
-Mən kompüterlə rəqabət apara bilərəm çünki məndə bir xalqın əsrlər boyu yaratdığı müdrik söz xəzinəsi var.
Nağıl kitabı söhbətə qoşuldu:
-Siz heç məni demirsiniz, mən əsrlər boyu uşaqları sehrli aləmə qonaq aparmışam. Məndə simurq quşu qanad çalıb, Məlikməmməd divə qalib gəlib, Cırtdan divi aldadıb.
Dastan kitabı dilləndi: Məndə isə xalqın qəhrəmanlıq tarixi əks olunub Koroğlunun igidliyindən , Dədə Qorqudun müdikliyindən söhbət açmışam.
Şeir kitabı utana-utana söhbətə qoşuldu:
Heç biriniz mənim kimi insanların əhval-rühiyyəsini əks etdirə bilməzsiniz. Mənim səhifələrimdə incə düyğular dillənib, zövqləri oxşayan nəğmələr bəstələnib.
Ensiklopediya dedi:
- Görürsünüz, dostlar, siz hamınız haqlısınız. Hər birinizdə minlərlə insanın əməyi, düşüncəsi, zəkası vardır. Kompüterin ixtirasına sevinməliyik o da bizim kimi insanlara xidmət edir, gündən-günə çoxalan informasiyanı tez bir zamanda əldə etmək bir-birinə ötürmək üçün canla-başla çalışır. Lakin bizi narahat edən gənclərin bəzilərinin bizə laqeyd münasibətidir.
Bayaqdan çıxışlara diqqətlə qulaq asan Astranomiya kitabı nikbin notlarla söhbətii bitirdi: Qəm etməyin, dostlar! Axı, mən ulduzlardan, gələcəkdən xəbərdaram. Bir zaman gələcək bizə laqeydlik göstərən insanlar səhvlərini başa düşəcək, kompüterin bizim kimi düyğu, düşüncə aşılamadığını görəcəklər və bizə əvvəlki məhəbbət və qayğını göstərəcəklər. Kompüter bizim yeni nəsildir, insanlara tez məlumat çatdırır. Amma bizim vərəqlərin qoxusu, təması insanlara xüsusi zövq verir. Bizə təkcə evlərin bəzəyi kimi deyil, bilk mənbəyi, əsl yoldaş kimi baxacaqlar.
Astronomiyanın sözündən sonra kitablar sevinib gələcəyə ümidlə baxdılar.
Gəlin, əziz dostlar! Biz də bu ağıllı, sadiq dostlarımızı hər zaman sevindirək! Biz onlara diqqətlə yanaşsaq, onlarda bizim ən vəfalı dostumuz kimi bizi hər zaman ucaldacaqlar. Elə deyilmi, dostlar!