Mixail Mixayloviç Prişvin. Meşə Həkimi
Biz yazda meşəni gəzib-dolaşıb ağacların oyuqlarında yaşayan ağacdələnlərə, bayquşlara baxırdıq. Birdən bizim qabaqcadan gördüyümüz qəribə ağacın o tərəfindən mişar səsi eşitdik. Bizə danışmışdılar ki, burada şüşə zavodu üçün qurulmuş ağaclar tədarük edirlər. Biz ağacın kəsiləcəyindən qorxduq, mişar səsi gələn tərəfə tələsdik, lakin indi, bizim ağcaqayın böyrü üstə yıxılmışdı, onun iri kötüyünün dövrəsində boş küknar qozaları vardı. Ağacdələn qozaları payızda daşıyıb ağcaqayının iki düyünü arasındakı yuvasına yığmış və bütün qışı dimdikləyib yemişdi. Kəsilmiş ağcaqayının yanında iki oğlan oturub dincəlirdi. Bu iki oğlan yalnız ağac kəsməklə məşğul idi.
Onlara kəsilmiş ağcaqayını göstərib:- Ziyankarların biri ziyankarlar,- dedik,- sizə tapşırılıb ki, quru ağacları kəsəsiniz, görün bir siz nə eləmisiniz?
Oğlanlar dedilər:
-Gördük ki, ağacdələn ağacı deşik-deşik edib, onsuz da zay olur, ona görə kəsdirdik.
Hamımız ağaca baxdıq. Sappasağ idi, lakin onun yerdən bir arşından az hündürlüyündəki hissəsini qurd deşib keçmişdi. Görünür, ağacdələn dimdiyi ilə döyəcləyib, ağacın içinin oyuq olduğunu həkim kimi bilib. Ağcaqayını qurddan xilas etmək üçün yarğıya başlayıb. Ağacı ikinci, üçüncü, dördüncü dəfə dimdikləyib. Ağcaqayının nazik gövdəsi qırıq-qırıq qopub düşüb. Beləliklə "cərrah" ağacda yeddi göz açıb, səkkizinci gözü açanda qurdu tapıb çıxarıb, ağcaqayını qilas edib.
Biz ağcaqayının həmin yerini kəsib götürdük. Bu muzey üçün gözəl bir eksponat olardı.
Oğlanlara dedik:
-Ağacdələn meşə həkimidir. O, ağcaqayını xilas etmişdir, siz kəsməsəydiniz ağcaqayın çox yaşayardı.
Oğlanlar mat qaldılar.
21.11.2023