Ördəkburun
Dünyada yumurtlayan yeganə məməli- Ördəkburun yexidnadır.
Həm suda, həm də quruda yaşayan ördəkburunların ana vətəni Tasmaniya və Qərbi Avstraliyanın şirin sulu bölgələridir. İlk dəfə 1799-cu ildə araşdırılanda, elm adamları bu canlının bir neçə heyvan növünün genetik xüsusiyyətlərinin birləşdirilməsindən yaranmış saxta heyvan olduğunu zənn etmişlər. Avstraliyanın meşə və yüksək ərazilərində də bu canlılara rast gəlinir. Su keçirməz sıx kürklərinə görə soyuğa dözümlüdür, kürkləri qəhvəyi rəngdə olur və uzun quyruqlarında topladıqları yağ onlara əlavə olaraq güc verir. Suda daha yaxşı üzmələri üçün ön ayaqlarında əlavədən daha bir qat dəri var.
Ördək dimdiyinə bənzər dimdiyi məxmər parçanı xatırladır və elastikdir. Dimdiyində çoxlu sayda hissetmə reseptorları yerləşir ki, onların sayəsində bulanıq su altında hərəkət edir və ovlanır. Dişləri olmadığına görə, şikarını daşla əzib, yeyiləcək hissələrə ayırır. Gecə canlısı olduqlarına görə, gecə ov etmək üçün daha aktivdirlər, yəni gündüzləri yatarlar. Ov etmədikləri zaman isə torpaq altında açdıqları dəliklərdə istirahət edərlər. Ortalama olaraq, ördəkburunun boyu 50 sm, çəkisi isə 2,4 kq-dır. Bədən temperaturu 32 dərəcədir. Onları digər məməlilərdən fərqləndirən cəhəti yumurtlamasıdır, yəni diri bala doğmur. Qumluq yerdə qazdığı çuxurda 1-2 ədəd yumurtlayar. 10 gün sonra yumurtadan lobya dənəsi kiçikliyində bala çıxar. Ana ördəkburun 3-4 ay boyunca balasının qayğısına qalar.
Ördəkburunların dişi və erkəkləri, hər ikisi ayaq biləklərində mahmızla doğulsalar da, yalnızca erkək cinsinin mahmızları zəhərlidir. Bu zəhərlər arxa ayaqların mahmızlarında yerləşir. İnsan üçün ölümcül olmasa da, ciddi ağrı və zədələrə səbəb olur.
19.02.2024