Abdulla Şaiq. Vaqonda
Vaqona bax, ay, vaqona!
Bir gün mindim mən ona,
Fit çaldı, düşdük yola.
tıp, tıp, döndü sağ-sola.
Yolum düşdü uzağa,
Bakı, Gəncə, Qazağa.
Meyvəli dağlar gördüm,
Meşəli dağlar gördüm,
Nə gözəldir bu yerlər:
Kəndlər, böyük şəhərlər...
05.04.2024