Xəbərlər

Lənkəranda "Sehrli Bağ” müsabiqəsinin növbəti təltifetmə mərasimi keçirilib

Azərbaycan Rəssamlar İttifaqı, Müasir İncəsənət Mərkəzi, "NG Creators Club"un təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Lənkəran-Astara Regional Təhsil İdarəsinin ( MÜTDA) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (Hirkan qoruğu) dəstəyi ilə keçirilən "Sehrli Bağ” müsabiqəsinin növbəti təltifetmə mərasimi keçirilib. Tədbir Lənkəranda,  Hirkan Milli Parkının meşə ərazisində, Xanbulan gölü ətrafında baş tutub.

 

Tədbirdə Lənkəran şəhər 2, 4, 5 nömrəli və Lənkəran şəhər internat tipli xüsusi ümumtəhsil məktəbinin müsabiqə iştirakçılarına diplom, təqdirnamə və təşəkkürnamələr təqdim edilib. Lənkəran şəhəri üzrə birinci yerin qalibi Məryam Bəşiova olub.

 

Tədbirin ikinci hissəsində iştirakçılara Milli Park haqqında məlumatlar verilib və gəzinti təşkil olunub. Tədbirin sonunda Hirkan Milli Parkı tərəfindən qoruğun mənzərəli məkanında qonaqlara çay süfrəsi təşkil olunub.

 

Müsabiqənin növbəti mərhələsində payız aylarında "Sehrli Bağ"-ın salınması gözlənilir.