İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf
Naxçıvan şəhərindən 12 kilometr məsafədə yerləşən “Əshabi-Kəhf” Dini Mədəni Abidə Kompleksi hər il minlərlə yerli sakin və xarici qonağın üz tutduğu dini-turizm məkandır.
Ziyarətgah Haçadağ və Nəhəcir dağları arasında, hündürlüyü 1665 metr yüksəkliyi olan dağda yerləşir. Əshabi-Kəhf ən qədim zamanlardan müqəddəs yer, Ulu Tanrıya inam, ümid bəsləyən insanların səcdəgahı kimi tanınır.
Aparılmış tədqiqatlar da sübut edir ki, “Qurani – Kərim”də adı çəkilən Əshabi-Kəhf məhz Naxçıvandadır. Ümummilli Lider Heydər Əliyevin tapşırığı və himayəsi ilə Əshabi-Kəhfdə abadlıq-bərpa işləri aparılıb.
“Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksində son illərdə də yenidənqurma, bərpa və abadlıq işləri aparılıb. Ərazidə zəvvarlar üçün ayinləri icra etmək üçün şərait yaradılıb, məscid tikilib.
04.06.2026