Nigar Rəfibəyli. Gəl səhəri salamlayaq
Gəl quşları, çiçəkləri salamlayaq,
Yaşıl otlar ayağına xalı sərir,
Şehli güllər sənə təbəssüm göndərir.
Quşlar şux nəğməsiylə sənə "qalx, oyan" deyir,
Xiyabanlar "tələsmə, sən, bircə dayan" deyir.
Gəl baharı salamlayaq,
Gəl dostları salamlayaq.
Ulduzlar bu axşam sarıdır yenə,
Tökülmüş elə bil suyun üstünə...
Gecədir, gecədə başqadır aləm
Kainata vida eləmişdir qəm.
Dolaşır xəyalım hey fəsilləri
Keçir rüzgar kimi hey diyar-diyar.
Yenə qucaqlayıb aydın səhəri,
Yalnız xoş görünür ona ilk bahar.
23.06.2026