Şeirlər

Nüşabə Nuri. Əziz bağça

Məktəb zəngi çalınır
Bizi dərsə çağırır. 
Gülürük,sevinirik,
Biz məktəbə gedirik.

 

Əziz bağça,şən bağça
Hər yanı gülşən bağça
Bizimlə birgə bu gün,
Sevinirsən sən bağça.

 

Ayrılmaq istəmirlər
Oyuncaqlarımız da. 
Çox heyif ki onlara
Yer yoxdur çantamızda.