Elman Həbib. Xanəndə çaydan
Çaydanımız oyatdı
Yenə məni yuxudan.
Elnurə, sən bilərsən
Nədir onu oxudan?!
- Ay qız, yalan danışma
Çaydan da oxuyarmı?!
Asta danış gülərlər,
Çaydanın dili varmı?!
İnanmırsan inanma,
Çaydan oyatdı məni.
İndicə eşidirəm
О oxuyan nəğməni.
Çox danladı çaydanı,
Nənəm çıxdı otaqdan.
Мənі xanəndə çaydan
Qaldırıbdır yataqdan.