Vaqif Məmmədov. Süsən bacım, küsən bacım
Mənim bacım Süsəndi
О, hər şeydən küsəndi.
Hirslənir ki, bacımın
Adını siz düz deyin.
Ona mən dediyimtək
Siz də “Qayagöz” deyin...
Məni belə çox sevir
Balaca Süsən bacım.
“R” deyə bilməyəndə
Hər şeydən küsən bacım.