Nağıllar, hekayələr

Kabardin nağılı. Balaca və pəhləvan

Yoxsul bir qarının üç oğlu var idi. Bu oğlanlar o qədər kiçik idilər ki, hələ heç kəs ömründə belə kiçik adam görməmişdi. Böyük oğlunun boyu üç qarış, ortancıl oğlunun boyu iki qarış, kiçik oğlunun boyu isə vur-tut bircə qarış idi. Kiçik oğlanı Balaca çağırırdılar.

Hər gün qardaşlar durub qazanc dalınca gedirdilər, bir yer tapıb muzdurluq edirdilər – həm özlərinə, həm də qoca analarına çörəkpulu qazanmalı idilər axı.

Günlərin bir günü qardaşların bəxti yaman gətirir, onlar o qədər qazanırlar ki, ömürlərində hələ belə qazanmamışdılar: özləri ilə evə üç keçi, üç də iri kömbə çörək gətirirlər.

 

Qoca anaları deyir:

– Ay aman, biz gör nə çox varlanmışıq.

Böyük oğlu anasına cavab verir:

– Eh, ay ana, bəlkə də, bundan da varlı olacağıq. Qazancımızı gərək bərabər bölək, bir də gedib bəxtimizi sınayaq.

Ortancıl qardaş deyir:

– Hə, olar, gəlin bölüşək.

 

Qardaşlar sərvətlərini bölüşdürürlər. Hərəsinə bir keçi, bir kömbə də çörək düşür. Böyük qardaş deyir:

– Birinci mən gedirəm.

Böyük qardaş keçini və çörəyi götürüb, böyük yolla baş alıb gedir. Bütün aullardan keçdikcə xəbər alır ki, onlara işçi lazım deyilmi? Amma heç yerdə onu işə götürmürlər. Böyük qardaş gəlib geniş bir çölə çıxır, burada bir pəhləvan görür. Pəhləvan yer şumlayır. Böyük qardaş yaxınlaşıb salam verir, xəbər alır:

– Pəhləvan, de görüm, sənə işçi lazım deyil?

Pəhləvan oğlanı başdan-ayağacan gözdən keçirir, sonra keçiyə, çörəyə baxır, deyir:

– Bax elə lap sənin kimi bir işçi gərəkdir mənə. Bir il yanımda qalıb işlə. Bir sandıq qızıl verərəm.

 

Böyük qardaş sevinir, deyir:

– Mən lap elə indicə işə başlamağa hazıram. Nə etmək lazımdır?

– Əşi, mən sənə iş taparam. Odur e, görürsən, o dağın altındakı daxma mənimdir. Get ora, ocaq qala, öz keçini qızart, çörəyi doğra. Birlikdə oturub şam eləyək.

Böyük qardaş gəlir daxmaya, axşama yemək hazırlayır. Onu iki yerə bölür. Gün batanda pəhləvan çöldən qayıdıb gəlir. O, stol arxasında əyləşmək istəyir, amma daxmada oturmağa bir şey yox idi. Pəhləvan deyir:

– Get həyəti axtar, bir elə şey tap gətir ki, üstündə otura bilim. Ancaq bax a, oturacaq nə daşdan, nə torpaqdan, nə kəsəkdən, nə də taxtadan olsun!

Böyük qardaş daxmadan çıxır, ətrafa göz gəzdirir. Oğlanın gözünə nə daş, nə kəsək, nə də ki taxta olmayan bir şey dəymir. İşçi həyətdə çox gəzişib-dolaşır, bir şey tapa bilmir, qayıdır daxmaya. Qayıdanda görür yeməyin hamısı yeyilib qurtarıbdır.

Böyük qardaş soruşur:

– Bəs mənim payım necə oldu?

 

– Hə, doğrudan da, bəs sənin payın necə oldu? – Pəhləvan gülür. – Yəqin, heç özüm də hiss etmədən yemişəm payını, elə acmışdım ki… Mən sənin də payını yemişəm, amma heç doymamışam. Qəlyanaltı əvəzinə səni yeməli olacağam.

Pəhləvan belə deyib, öz təzə işçisini tutub yeyir.

Böyük qardaşı gözləməkdən qardaşların gözlərinin kökü saralır. Bu vaxt ortancıl qardaş deyir:

– İndi növbə mənimdir, gedim, bəxtimi sınayım.

Ortancıl qardaş da öz keçisini və bir kömbə çörəyini götürüb qardaşı getdiyi yolla baş alıb gedir. Bu qardaş da həmin pəhləvanın yanında işə düzəlir. Pəhləvan böyük qardaşın başına gətirdiyi oyunu bu qardaşın da başına gətirir, tutub onu da yeyir.

İndi də növbə çatır kiçik qardaşa – Balacaya. Kiçik qardaş da həmin pəhləvanın yanında işə girir. Pəhləvanın əmrinə görə şama yemək hazırlayır: keçini qızardır, çörəyi səliqə ilə doğrayır, şam yeməyini tam yarı bölür. Sonra daxmanın divarı yanında bir çala qazır, çalanın üstünü çır-çırpı, ot-əncərlə örtür. Gün batan çağı pəhləvan çöldən qayıdıb gəlir.

Pəhləvan xəbər alır:

– Hə, axşama yemək hazırlamısan?

 

Balaca cavab verir:

– Bəli, hazırlamışam.

– Elə isə çıx həyətə, elə bir şey axtar ki, mən üstündə otura bilim. Görürsən də, stolum var, amma oturmağa taxtım yoxdur. Ancaq bax a, oturacaq nə daşdan, nə torpaqdan, nə kəsəkdən, nə də taxtadan olsun!

Balaca ətrafına göz gəzdirir və dərhal nə etmək lazım gəldiyini başa düşür. O, pəhləvanın dəmir kotanını köməyə gətirib ucadan deyir:

– Otur, bu da sənə dəmir oturacaq.

Pəhləvan Balacanın bu fərasətinə mat qalır. Onlar başlayırlar şam etməyə. Pəhləvan öz payını çox tez-tez yeyir. Balaca elə tez-tez yeyə bilməzdi, odur ki, hiss etdirmədən tikələri bir ucdan götürüb atır çalaya. Pəhləvan baxıb görür ki, onların yeməkləri elə eyni bərabərdə azalır, odur ki təzə işçisinə heyrəti bir az da çox artır. Fikirləşir: “Qarşıma nə yaman qarınqulu çıxıb!” Pəhləvan öz payını hələ yeyib qurtarmamışdı, baxıb görür ki, Balacanın qabağında heç nə qalmayıb.

Balaca ona deyir:

– Ətdən bir tikə mənə ver, mən hamısını yedim, amma doymadım.

Pəhləvan cavab verir:

– Bəsindir, sən elə onsuz da çox yemisən.

 

– Bunun nəyi çoxdur? – Balaca gülür. – Mən sənin özünü də çərəz kimi yeyərəm.

Pəhləvan inanıb səsini kəsir.

Səhəri gün onlar durub birlikdə yer şumlamağa gedirlər. Balaca özünü elə göstərir ki, guya işləyir, ancaq yeri tək pəhləvan şumlayırdı, onun təzə işçisi isə bütün vaxtı qar-qar qarıldayır və qışqırırdı. Axşam yeməyə bir şeyləri yox idi, pəhləvan ac-acına yıxılıb yatır. Balaca isə gecə çalada gizlətdiyi ətdən və çörəkdən götürüb xımır-xımır yeyir.

Böyük qardaş gedib daxmaya qayıdır, pəhləvan isə çöldən qayıdanda görür yeməyin hamısı yeyilib qurtarıbdır.

Pəhləvan deyir:

– Üçüncü gün pəhləvan başa düşür ki, bu işçi ilə bacara bilməyəcək. Arvadından xəbər alır:

– Ay arvad, necə eləyək? Ondan gərək birtəhər canımızı qurtaraq. Bizim bu təzə işçimiz çox güclü olmaqdan başqa, həm də qarınquludur, eyni zamanda, çox da kələkbazdır. Gəl bu gecə onu yekə bir daşla basıb öldürək.

Balaca, əlbəttə, bu danışığı tamam-kamal eşidir. O, səssizcə çalada oturmuşdu, cınqırını da çıxarmırdı.

Pəhləvanla arvadı daş götürmək üçün dağa gedirlər. Balaca bu vaxt bir şələ qamış gətirib qoyur öz yatağına, üstünü də yorğanla örtür, özü isə gedib çalada gizlənir. Pəhləvanla arvadı yekə bir qaya parçasını şələnib gətirirlər.

Pəhləvan deyir:

– Yaxşı oldu ki, işçimiz yıxılıb yatıb.

 

Ərlə arvad qaya parçasını atırlar Balacanın yatağına. Qamış xışıldayır.

– Oğlanın sınmış sümükləri gör necə xırçıldadı, – deyə pəhləvanın arvadı gülür.

Pəhləvan deyir:

– Hə, bu işçidən daha canımız qurtardı.

Onlar uzanıb yatırlar. Balaca da öz çalasında yuxuya gedir. Səhər oğlan erkən ayağa durub sahiblərini yuxudan oyadır, başlayır onları ələ salıb gülməyə:

– Səfeh pəhləvanlar, elə fikirləşirdiz ki, məndən güclüsünüz. Mən görürdüm, siz ikiniz də bu daşı hıqqana-hıqqana necə gətirdiniz. Ancaq o daş məndən ötrü heç nədir! Mən belə qərara gəldim ki, onu üstümdən atmayım, ona görə onun altında səhərəcən rahatca yatdım.

Balaca gülüb daxmadan çıxır. Pəhləvan deyir:

– Biz onunla bacara bilməyəcəyik. Onu məğlub edə bilməyəcəyik.

Pəhləvanın arvadı söyləyir:

– Kişi, onun haqqını verib evlərinə yola salmaq lazımdır.

 

– Doğrudur, – pəhləvan razılaşır. Balacanı çağırıb ona deyir: – Sən yaxşı işləmisən. Lap yaxşı çalışmısan. Sən bir mücrü yox, əməllicə-başlı bir yekə sandıq qızıl qazanmısan. Bax, budur, götür, tez çıx get evinizə.

Pəhləvan belə deyib Balacanın qabağına qızılla dolu iri bir sandıq qoyur.

Balaca yenə gülür:

– Sən istəyirsən ki, tez burdan çıxıb gedim, hələ bir, üstəlik də, məcbur edirsən ki, balaca sandıqcanı da mən özüm aparım. Sandıqcanı elə özün apar. Mən sənə bəs deyən qədər işləmişəm, indi də bir az sən mənimçün işlə!

Pəhləvan mat qalır, söz tapa bilmir ki, cavab versin.

Sandığı çiyninə qaldırıb düzəlir yola.

– Sən, yəqin ki, bilmirsən, hara gedəcəksən, elə isə qoy mən sandığın üstündə oturub sənə yol göstərim.

Balaca sandığın üstünə dırmaşmır, pəhləvan yolu tutub gedir. Bir az getmişdilər ki, qabaqlarına bir armud ağacı çıxır, ağac dəymiş armudla dolu idi. Pəhləvan ayaq saxlayır, atılır armud ağacına, başlayır ağacın təpəsindəki dadlı, sulu armudları qoparıb yeməyə. Balaca da budaqda oturur, o da uzanıb armudu dərib yeməyə başlayır. Pəhləvan tezcə yeyib doyur və ağacı buraxır. Balaca ağacın üstündən yıxılır, bu vaxt ağacın altı ilə bir tülkü qaçırdı. Balaca tülkünün boynuna düşür və cəld tülkünün qulaqlarından yapışır. Tülkü pəhləvanın yanına qaçır. Balaca qışqırır ki:

– Ey, pəhləvan, baxginən, sən armud yeyən vaxt mən bu tülkünü gördüm, ağacdan atılıb tülkünü tutdum. Görürsən, sən də, necə qoçağam! Ancaq tülkü mənə gərək deyil, qoy qaçsın özüyçün!

Balaca tülkünün belindən tullana-tullana yenə sandığın üstünə dırmaşır.

 

Pəhləvan gedə-gedə fikirləşir: “Ay aman, gör nə diribaş oğlandır! Mənim düşündüyümdən də qorxuludur! Nə yaxşı ki ondan ayrılıram, nə yaxşı ki onu evlərinə yola salıram”.

Evlərinə bir azca qalmış Balaca pəhləvanı saxlayıb ona deyir:

– Sən bir qədər burda otur, gedim anama deyim ki, axşama bizə yemək hazırlasın.

Bir az keçmiş balaca qayıdıb gəlir, onlar bir yerdə Balacanın evinə gedirlər. Pəhləvan sandığı yerə qoyur, özü də qapının qabağında oturur. Balaca deyir:

– Ana, mən qonaqla gəlmişəm, yeməyə bir şey ver.

Ana qonağı gözdən keçirib deyir:

– Ona nə verim, görəsən? O öz yoldaşlarını, yəqin ki, yeməz, yoxsa sən qazanc dalınca gedəndə öldürüb qoyduğun pəhləvanı gətirib verərdim.

Pəhləvan səksənir, tələsə-tələsə soruşur:

– Necə bəyəm, siz pəhləvanları yeyirsiniz?

Ana cavab verir:

 

– Əlbəttə, biz onları yaman xoşlayırıq.

Balaca ucadan deyir:

– Elədir, biz sizləri çox sevirik! Ətiniz yaman ləzzətli olur.

Pəhləvan dik atılır:

– Ana, – Balaca sözünə davam edir, – bəlkə, elə onun özünü də yeyək? Gəl elə onu yeyək, necə ki bir dəfə o mənim qardaşlarımı yeyib!

Ancaq bax a, oturacaq nə daşdan, nə torpaqdan, nə kəsəkdən, nə də taxtadan olsun! Balaca ətrafına göz gəzdirir və dərhal nə etmək lazım gəldiyini başa düşür. O, pəhləvanın dəmir kotanını köməyə gətirib ucadan deyir:

– Otur, bu da sənə dəmir oturacaq.

 

Pəhləvan Balacanın bu fərasətinə mat qalır. Onlar başlayırlar şam etməyə. Pəhləvan öz payını çox tez-tez yeyir. Balaca elə tez-tez yeyə bilməzdi, odur ki, hiss etdirmədən tikələri bir ucdan götürüb atır çalaya. Pəhləvan baxıb görür ki, onların yeməkləri elə eyni bərabərdə azalır, odur ki təzə işçisinə heyrəti bir az da çox artır. Fikirləşir: “Qarşıma nə yaman qarınqulu çıxıb!” Pəhləvan öz payını hələ yeyib qurtarmamışdı, baxıb görür ki, Balacanın qabağında heç nə qalmayıb.

Balaca ona deyir:

– Ətdən bir tikə mənə ver, mən hamısını yedim, amma doymadım.

Pəhləvan cavab verir:

– Bəsindir, sən elə onsuz da çox yemisən.

– Bunun nəyi çoxdur? – Balaca gülür. – Mən sənin özünü də çərəz kimi yeyərəm.

Pəhləvan inanıb səsini kəsir.

 

Səhəri gün onlar durub birlikdə yer şumlamağa gedirlər. Balaca özünü elə göstərir ki, guya işləyir, ancaq yeri tək pəhləvan şumlayırdı, onun təzə işçisi isə bütün vaxtı qar-qar qarıldayır və qışqırırdı. Axşam yeməyə bir şeyləri yox idi, pəhləvan ac-acına yıxılıb yatır. Balaca isə gecə çalada gizlətdiyi ətdən və çörəkdən götürüb xımır-xımır yeyir.

Üçüncü gün pəhləvan başa düşür ki, bu işçi ilə bacara bilməyəcək. Arvadından xəbər alır:

– Ay arvad, necə eləyək? Ondan gərək birtəhər canımızı qurtaraq. Bizim bu təzə işçimiz çox güclü olmaqdan başqa, həm də qarınquludur, eyni zamanda, çox da kələkbazdır. Gəl bu gecə onu yekə bir daşla basıb öldürək.

Balaca, əlbəttə, bu danışığı tamam-kamal eşidir. O, səssizcə çalada oturmuşdu, cınqırını da çıxarmırdı.

Pəhləvanla arvadı daş götürmək üçün dağa gedirlər. Balaca bu vaxt bir şələ qamış gətirib qoyur öz yatağına, üstünü də yorğanla örtür, özü isə gedib çalada gizlənir. Pəhləvanla arvadı yekə bir qaya parçasını şələnib gətirirlər.

Pəhləvan deyir:

– Yaxşı oldu ki, işçimiz yıxılıb yatıb.

Ərlə arvad qaya parçasını atırlar Balacanın yatağına. Qamış xışıldayır.

– Oğlanın sınmış sümükləri gör necə xırçıldadı, – deyə pəhləvanın arvadı gülür.

Pəhləvan deyir:

 

– Hə, bu işçidən daha canımız qurtardı.

Onlar uzanıb yatırlar. Balaca da öz çalasında yuxuya gedir. Səhər oğlan erkən ayağa durub sahiblərini yuxudan oyadır, başlayır onları ələ salıb gülməyə:

– Səfeh pəhləvanlar, elə fikirləşirdiz ki, məndən güclüsünüz. Mən görürdüm, siz ikiniz də bu daşı hıqqana-hıqqana necə gətirdiniz. Ancaq o daş məndən ötrü heç nədir! Mən belə qərara gəldim ki, onu üstümdən atmayım, ona görə onun altında səhərəcən rahatca yatdım.

Balaca gülüb daxmadan çıxır. Pəhləvan deyir:

– Biz onunla bacara bilməyəcəyik. Onu məğlub edə bilməyəcəyik.

Pəhləvanın arvadı söyləyir:

– Kişi, onun haqqını verib evlərinə yola salmaq lazımdır.

– Doğrudur, – pəhləvan razılaşır. Balacanı çağırıb ona deyir: – Sən yaxşı işləmisən. Lap yaxşı çalışmısan. Sən bir mücrü yox, əməllicə-başlı bir yekə sandıq qızıl qazanmısan. Bax, budur, götür, tez çıx get evinizə.

Pəhləvan belə deyib Balacanın qabağına qızılla dolu iri bir sandıq qoyur.

Balaca yenə gülür:

 

– Sən istəyirsən ki, tez burdan çıxıb gedim, hələ bir, üstəlik də, məcbur edirsən ki, balaca sandıqcanı da mən özüm aparım. Sandıqcanı elə özün apar. Mən sənə bəs deyən qədər işləmişəm, indi də bir az sən mənimçün işlə!

Pəhləvan mat qalır, söz tapa bilmir ki, cavab versin.

Sandığı çiyninə qaldırıb düzəlir yola.

– Sən, yəqin ki, bilmirsən, hara gedəcəksən, elə isə qoy mən sandığın üstündə oturub sənə yol göstərim.

Balaca sandığın üstünə dırmaşmır, pəhləvan yolu tutub gedir. Bir az getmişdilər ki, qabaqlarına bir armud ağacı çıxır, ağac dəymiş armudla dolu idi. Pəhləvan ayaq saxlayır, atılır armud ağacına, başlayır ağacın təpəsindəki dadlı, sulu armudları qoparıb yeməyə. Balaca da budaqda oturur, o da uzanıb armudu dərib yeməyə başlayır. Pəhləvan tezcə yeyib doyur və ağacı buraxır. Balaca ağacın üstündən yıxılır, bu vaxt ağacın altı ilə bir tülkü qaçırdı. Balaca tülkünün boynuna düşür və cəld tülkünün qulaqlarından yapışır. Tülkü pəhləvanın yanına qaçır. Balaca qışqırır ki:

– Ey, pəhləvan, baxginən, sən armud yeyən vaxt mən bu tülkünü gördüm, ağacdan atılıb tülkünü tutdum. Görürsən, sən də, necə qoçağam! Ancaq tülkü mənə gərək deyil, qoy qaçsın özüyçün!

Balaca tülkünün belindən tullana-tullana yenə sandığın üstünə dırmaşır.

Pəhləvan gedə-gedə fikirləşir: “Ay aman, gör nə diribaş oğlandır! Mənim düşündüyümdən də qorxuludur! Nə yaxşı ki ondan ayrılıram, nə yaxşı ki onu evlərinə yola salıram”.

Evlərinə bir azca qalmış Balaca pəhləvanı saxlayıb ona deyir:

 

– Sən bir qədər burda otur, gedim anama deyim ki, axşama bizə yemək hazırlasın.

Bir az keçmiş balaca qayıdıb gəlir, onlar bir yerdə Balacanın evinə gedirlər. Pəhləvan sandığı yerə qoyur, özü də qapının qabağında oturur. Balaca deyir:

– Ana, mən qonaqla gəlmişəm, yeməyə bir şey ver.

Ana qonağı gözdən keçirib deyir:

– Ona nə verim, görəsən? O öz yoldaşlarını, yəqin ki, yeməz, yoxsa sən qazanc dalınca gedəndə öldürüb qoyduğun pəhləvanı gətirib verərdim.

Pəhləvan səksənir, tələsə-tələsə soruşur:

 

– Necə bəyəm, siz pəhləvanları yeyirsiniz?

Ana cavab verir:

– Əlbəttə, biz onları yaman xoşlayırıq.

Balaca ucadan deyir:

– Elədir, biz sizləri çox sevirik! Ətiniz yaman ləzzətli olur.

Pəhləvan dik atılır.

 

– Ana, – Balaca sözünə davam edir, – bəlkə, elə onun özünü də yeyək? Gəl elə onu yeyək, necə ki bir dəfə o mənim qardaşlarımı yeyib!

Bu sözləri deyib Balaca pəhləvanın qarnına sarı addımlayır.

Pəhləvan qapını sındırıb dabanqırma götürülür. Heç dala da baxmır. Balaca ilə anası pəhləvanın dalınca baxıb gülürlər. Onlara da elə bu lazım idi. Bir sandıq qızıl da onlara qalır. O vaxtdan ana-bala firavan yaşayıb kef-damaq içində dolanırlar.