Bətül Yağsayan. Ulduzların ərməğanı
Keçmiş zamanlarda yoxsul və kimsəsiz bir qızcığaz yaşayırdı. Əynindəki paltardan və əlindəki bir loxma çörəkdən başqa heç nəyi yox idi.
Bir gün qız öz-özünə dedi:
— Bir halda ki, artıq heç kimim və heç nəyim yoxdur, burada yaşamağın nə mənası var?
Qızcığaz belə deyib, yola düzəlir. Xeyli getdikdən sonra qarşısına yaşlı bir kişi çıxır.
O, qızcığaza çox acdığını deyir. Qızcığaz özü də ac olduğu halda əlindəki bir tikə çörəyi kişiyə uzadır.
Bir qədər getdikdən sonra bu dəfə qarşısına kasıb bir qarı çıxır. Qarı qızcığazdan paltarını və ayaqqabısını istəyir. Qızcığaz qarının halına acıyır. Sonra fikirləşir ki, onsuz da qaranlıqda onu heç kim görməyəcək. Odur ki, paltarını və ayaqqabısını çıxarıb qarıya verir.
Bu vaxt qızcığazın gözü göy üzündə sayrışan ulduzlara sataşır. Baxıb görür ki, ulduzlar bir-bir ona sarı gəlməyə başlayıb.
Çox keçmir ki, yüzlərlə ulduz qızcığazın əynində birləşib gözəl bir paltara çevrilir. Bir neçə ulduz isə onun çiynində çanta əmələ gətirir. Çantanın içi qızıl və almazla dolu olur.
Ehtiyacı olanlara əl tutanları Allah sevər. Onları heç vaxt darda qoymaz. Etdiyi yaxşılığın əvəzini artıqlaması ilə qaytarar. Lap bizim nağılımızdakı qızcığazı mükafatlandırdığı kimi!
11.11.2026