Şeirlər

Əbülfəz Ülvi. Elə, nağıl de

Nənə, еlə nağıl de,
Göydən alma düşməsin.
Kiməsə çatmayanda,
Kimsə kimdən küsməsin.


Alma vaxtı deyildir,
Çağır Simurq quşunu.
Gedək düşmən üstünə,
İflic edək huşunu.

 

 

Deyək mərd dərdi yenib,
Günəş doğsun, dan olsun.

Hamı ağ atı minib,
Ağatlı oğlan olsun.


Belə nağıl söyləsək,
Düşməni bitirərik,
Üç almanı gözləsək,
Vaxt, vədə itirərik.