19 sentyabr- “Smaylik”in yaranma günüdür
Hər il sentyabrın 19-da qeyri-adi bir bayram qeyd olunur - elektron dostluq simvolu – Smaylikin yaranma günü. 1982-ci ildə Pitsburq şəhərində yerləşən Karneqi-Mellon Universitetinin professoru Skott Falman ilk dəfə olaraq smayliki elektron məktubla göndərib.
Bu simvol iki nöqtə, defis və mötərizədən [:-)] ibarətdir. Bu elektron söz ehtiyatının ciddi şəkildə artması demək idi. Skott Falmanın elektron məktubu qısa və informativ idi: "Təklif edirəm ki, :-) piktoqramı xoşbəxtliyin rəmzi olsun".
Professor, həmçinin :- ( simvollarından ibarət piktoqram təklif etdi. Bu piktoqram ilk vaxtlar mesajların mətnindəki son dərəcə mühüm hissələrin nişanlanması üçün istifadə olunurdu. Hazırda kompüter istifadəçiləri bu piktoqramdan əhvali-ruhiyyələrinin pis olması haqqında bildirmək üçün istifadə edirlər.
XX əsrin 90-cı illərinin ortalarında şən və kədərli "təbəssüm"lərin dueti internet və mobil telefondan aktiv istifadə edən insanların ehtiyaclarını artıq təmin etmirdi və şəbəkədə smayliklərin çoxsaylı variantları yarandı. Müxtəlif dillərdə danışan insanlara aydın olan "təbəssümlər" dərhal internetdən SMS mesajların göndərilməsi proqramlarına keçdi.
Artıq 30 ildən çoxdur ki "smaylik"lər elektron mesajlaşmanın dəyişməz atributu olmuşdur.
Smaylikin dəqiq yaranma tarixi 2002-ci ildə bilinib.
19.09.2024