İsa bulağı, Şuşa
İsa bulağı Şuşa rayonu ərazisində, rayon mərkəzindən 4 kilometr məsafədə, Qarabağ silsiləsində, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, çox mənzərəli qalın meşələr qoynunda yerləşən səfalı istirahət guşəsidir. Azərbaycan təbiətinin nadir inciləriindən sayılır. Bu hidronim haqqında yerli əhalinin məlumatına görə, bulaq XVIII əsrdə ilk dəfə onu qalın meşəlikdə üzə çıxarmış İsa adlı əkinçinin adını daşıyır.
Isa bulağı Azərbaycanın, Qarabağın ən məşhur istirahət yeri hesab olunur. Əlbəttə, başqa mülahizələr də vardır. İsa bulağının suyu həm soyuq, həm xeyirli, həm də göz yaşı kimi dumdurudur.
İşğal altındakı digər torpaqlarımızdakı səfalı, şəfalı, büllur sulu bulaqlarımız kimi məşhur İsa bulağı da illərdir ki, ermənilərin istifadəsindədir. İşğalçılar bulağın adını “İsaak bulağı” qoyublar.
01.11.2018