Son əlavə olunanlar

Təbiət

Odquyruq quşu

Qədim zamanlardan insanlar oxuyan quşları dinləyərək öz mahnılarını yaradırdılar. İndi də biz bülbül kimi "cəh-cəh vurur" kəliməsini tez-tez işlədirik. Odquyruq da oxuyan quşdur. Bütün oxuyan quşlar kimi onun da boğazında çoxlu səs bağları var.   

Nandu

Heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin nandukimilər dəstəsinin nandular fəsiləsinə aid heyvan cinsi olan Nandu Cənubi Amerikada yaşayan paleoqnatik quşdur. Onlar dəvəquşuna bənzəyirlər, lakin onların fərqli cəhətləri var. Məsələn, boyu daha kiçikdir. 1,50 m ilə 1,80 m arasındadır. Dişi nandu bir qədər kiçikdir. Dəvəquşunun yalnız iki barmağı olduğu halda, nandunun hər ayağında üç barmaq var.   

And kondoru

And kondoru (Vultur gryphus) — Yeni Dünya leşyeyən qartalı ailəsindəndir.  

Kol iti

Kol iti (Speothos venaticus) Canidae ailəsinə aid, Panamadan Paraqvaya qədər uzanan bir bölgədə kolluqlarda və meşələrdə yaşayan çox nadir bir növdür.

Nasua

Nasua olduqca şirin, sakit heyvandır. Onlar çox səbirlidirlər, yenotlar qədər şıltaq deyillər. Bu heyvanlar ətraf mühitə mükəmməl uyğunlaşır və tropiklərdə, səhralarla sərhəddə yaşaya bilirlər.  

Amazon lamantini

Amazon lamantinləri Amazon çayı və onun qollarında yayılmış nəhəng su məməlisidir.