Son əlavə olunanlar

Təbiət

Məməlilər başqa heyvanlardan nə ilə fərqlənir?

Məməliləri başqa heyvanlardan fərqləndirən cəhət, elə onların bu cür adlandırılmasının səbəbi olan, öz balalarını süd ilə bəsləməsidir. Bunun üçün dişilərdə xüsusi orqan-məmələr var. Onlarda körpələrin ilk həftə və ya ayları bol olan maye-süd əmələ gəlir.

Maqnoliya gülü

May və avqust ayları arasında çiçək açan maqnoliya gülü mülayim iqlimi sevən bitkidir. Maqnoliya bənövşəyi, sarı, ağ və qırmızı rənglərlə aça bilər. Çox zərif və gözəl bir çiçək olan maqnoliya əsasən bağlarda və parklarda yetişdirilir. 

Quşlar necə çoxalırlar?

Dişilər erkəklər onları mayalandırdıqdan sonra yumurta qoyurlar. 

Niyə bəzi quşlar miqrasiya edir?

Yer kürəsində qış vaxtı soyuq olan rayonlarda yaşayan bəzi quş növləri miqrasiya edir. Payızda onlar dəstə şəklində toplanaraq iqlimi nisbətən isti olan yerlərə gedirlər. Bu cür quşları köçəri adlandırırlar.

İşıq saçan canlılar

Biolüminesensiya kimyəvi reaksiya nəticəsində canlılar tərəfindən istehsal olunan işıq prosesidir və rast gəlinən ən unikal hadisələrdən biridir. İşıqlar adətən mavi və ya mavi-yaşıl qarışımı rəngdə olur. Əlavə olaraq da bənövşəyi, yaşıl, sarı və çəhrayı rənglərə də rast gəlmək mümkündür

Dağ bitkiləri

Dağların yüksəkliklərinə doğru həyat şəraiti çətinləşir, bitkilər buna uyğunlaşmalıdır. Vadilərdə enliyarpaqlı meşələr, dağ yamaclarına qalxdıqca iynəyarpaqlı meşələr, yuxarılarda Alp kolluqları, daha yuxarılarda Alp çəmənləri kasıb tundra bitki örtüyünə keçir, daha yüksəkdə qayalıqlar və qar sahələri yerləşir.