Son əlavə olunanlar

Təbiət

Hatteriya (Sphenodon punctatus)

Hatteriya (Tuatara) Yeni Zelandiyanın Şimal Adası yaxınlığındakı kiçik adalarda tapılır. Lakin keçən əsrin sonuna qədər Yeni Zelandiyada yaşayırdı. Görünüşünə görə kərtənkələyə bənzəsə də, onlar fərqli bir nəslin, Rhynchocephalia dəstəsinin bir hissəsidir. Tuatara adı maori dilindən götürülüb və "arxadakı zirvələr" deməkdir.  

Təbiətdə rastlanan ilk istiqanlı balıq – Opah

Təbiətdə kəşf edilən ilk istiqanlı balıq məhz adi və ya qırmızı üzgəcli Opahdır (Lampris guttatus). Yastı bədən quruluşu və yuvarlaq gövdəsinə görə  "Ay" və ya "Günəş" balığı da adlandır.

Alkaloidlər

Alkaloidlər fizioloji aktiv birləşmələrdir. Ən sadə alkaloid molekullarında 10-dək, çox mürəkkəblərində isə 50-dən artıq karbon atomu var.  

Qvineya turakosu

Qərbi Afrikanın düzən və sel təhlükəli meşələrində yayılan Qvineya turakosu turakolar ailəsinin bütün nümayəndələri kimi, ömrünün çox hissəsini ağaclarda keçirir, yalnız su içmək üçün yerə enir. Uçmaq qabiliyyətləri zəifdir, budaqdan budağa keçməyə üstünlük verir.  

Stratosfer

Atmosferin ikinci təbəqəsi olan stratosferin yuxarı sərhəddi 50-55 km hündürlüyə çatır. Burada hava seyrəlir, səmanın rəngi isə tünd-bənövşəyi, az qala lap qara olur. Su buxarı az olduğundan buludlar əmələ gəlmir. Stratosferin aşağı təbəqəsində səsdən sürətlə gedən təyyarələr uçur.  

Ansi gölü

Ansi gölü Fransada, Savoyard Alp dağlarının 447 m yüksəkliyində yerləşir. Göl Beauges dağ silsiləsi (qərbdən), Born (şərqdən) və Faverges vadisi (cənubdan) ilə əhatə olunmuşdur.