Son əlavə olunanlar

Təbiət

Təbii zonalar

Yer kürəsinin müxtəlif hissələrində istilik və rütubətin qeyri-bərabər şəkildə paylanması təbii zonaların yaranmasına səbəb olur. Təbii zonaların torpaq və bitki örtüyü, heyvanlar aləmi bir-birindən kəskin şəkildə fərqlənir. Bitki və heyvanların qidalanması, həyat tərzi də zonadakı iqlim şəraitindən asılıdır. 

Ağıllı canlılar

Əvvəllər belə bir fikir var idi ki, yalnız insanlar hafizə və zəkaya sahibdirlər. Ancaq müşahidə və eksperimentlər bəzi heyvan və quşların da ağıllı və hafizəli olduqlarını sübuta yetirib. Bu canlıların hansı xüsusiyyətləri intellekt göstəricisi sayıla bilər?  

Şüşə qurbağanın yeni növü Olimpiya çempionunun şərəfinə adlandırılıb

Ekvadorun cənub-şərqində yerləşən tropik meşələrdə alimlər şüşə qurbağanın yeni növünü — “Nymphargus dajomesae”ni aşkar ediblər.  

Kambocada yeni kərtənkələ növü aşkar edilib

Kambocanın Kirirom Milli Parkı ərazisində əyribarmaq kərtənkələlərin yeni növü tapılıb.  

Dənizin dostu, səmanın yaraşığı qağayılar

Nə sahili, nə də dənizi onlarsız təsəvvür etmək mümkün deyil. Mavi dalğalar üzərində qanad çalan qağayıların nəğməsi səhərlər dənizin üzərinə yayılır. Onlar çox fərqli səslər çıxarmaq qabiliyyətinə malikdirlər. Yem tapanda paylaşmaq üçün müxtəlif səslər çıxararaq bir-birlərinə xəbər verirlər. Dalğalar coşanda da, sakitləşəndə də onlar heç vaxt qayalardan, suların qoynundan uzaqlaşmırlar. Dənizin dostu, küləyin sirdaşı olan, göy üzünü doğma evi bilən qağayılar... Onlar həm suda, həm də quruda rahat hərəkət edə bilən nadir quşlardır. Qağayılar azadlığın, dəniz eşqinin və əyilməz iradənin rəmzidir.  

Qafqazın qış möcüzəsi: Laza kəndinin donmuş şəlaləsi

Qış fəsli Qafqazın dağlıq bölgələrini ağ örpəyə bürüyüb. Bu fəsildə Qusarın Laza kəndində donan şəlalə isə bu mövsümün ən diqqətçəkən təbii möcüzələrindən biridir. Hər il turistlər və təbiətsevərlər buraya gəlib qışın sehrli gözəlliyini öz gözləri ilə görürlər.