Son əlavə olunanlar

Bu maraqlıdır!

Riyaziyyat və həndəsə haqqında maraqlı faktlar

Hər gün riyaziyyat ilə qarşı qarşıya gəlirik. Bu da təəccüblü deyil, çünki onun “Elmin açarı” adlandırılması təsadüfi deyil. Rəqəmlər bizi hər yerdə izləyir və onlarsız müasir dünyanı təsəvvür etmək mümkün deyil.

Buludlar nədən ibarətdir?

Buludlar su buxarının toplantısından ibarətdir. Su buxarları dəniz, çay, göl və s. üzərində suyun buxarlanması nəticəsində və həmçinin bitkilərin yarpağından və canlıların nəfəs almasından əmələ gəlmiş kiçicik damcılardan ibarətdir. 

Şüşəni nədən hazırlayırlar?

Şüşə ən çox istifadə edilən materiallardan biridir. O, möhkəm və ağırdır. Onu kəsmək çətindir, amma tez sına bilir, ona görə ki kövrəkdir. Ancaq şüşənin istifadəsində əsas səbəb onun şəffaf olmasıdır. Hazırda şüşəni qum, laksium karbonat və əhəng daşının qarışığından alırlar. 

Mətbəxdə hansı materiallardan istifadə olunur?

Mətbəxdə ən müxtəlif materiallardan, məsələn, polad, dəmir, alüminium kimi metallardan istifadə edilir. 

Sabun nədir?

Bu, bitki mənşəli yağlara və ya heyvan mənşəli piylərə qələvi mənşəli məhsullar olan kaustik soda və kalium-karbonat maddələrinin əlavə edilməsi ilə əmələ gətirilən kütlədir. 

Evi tikmək üçün hansı materiallardan istifadə edirlər?

Bunun üçün müxtəlif materiallardan istifadə etmək olar. Onun necə seçilməsi yaşayış yerindən, iqlimdən, vərdişlərdən və inşaatçıların əlində olan vəsaitlərdən asılıdır. Evi tikmək üçün ən çox daş və ya kərpic. Sement, dəmir, taxta, keramika və şüşədən, bir də izolyasiya işləri üçün neftdən alınmış bəzi materiallardan istifadə edilir.