Son əlavə olunanlar

Bu maraqlıdır!

Dərinin ayaqqabı istehsalı üçün hazırlanması

Heyvan dərisindən ayaqqabı tikməmişdən əvvəl dərini hazırlayırlar. əvvəlcə dərinin üstünü qaşıyıb təmizləyirlər. Sonra onu aşılamaq üçün silindrşəkilli çəlləyin içərisinə qoyur, çəlləyə su, duz əlavə edir və bir neçə gün belə saxlayırlar. 

Ayaqqabını nədən hazırlayırlar?

Ayaqqabılar ayaqlarımızı havanın və üzərində gəzdiyimiz torpağın təsirindən qoruyur. 

Elektrik naqillərini niyə misdən hazırlayırlar?

Elektrik stansiyalarında istehsal edilən elektrik cərəyanı naqillər vasitəsilə istifadə yerinə çatdırılır. Elektrik kabellərinin istehsalında metallardan (ilk növbədə, misdən) istifadə edilir. Mis ən yaxşı elektrik cərəyanı keçiricilərindən biri sayılır. Misdən çox nazik və uzun tellər düzəltmək olur, ona görə də ondan elektrik şəbəkələrində istifadə edilən naqillər hazırlayırlar. Misdən olan tellər elektrik cərəyanı keçirməyən plastik materiallar vasitəsilə izolyasiya edirlər. əks halda onlardan istifadə etmək çox təhlükəli olardı, belə ki, elektrik cərəyanı çox ciddi yanıqlar əmələ gətirə, hətta öldürə bilər. 

Dəniz suyu niyə duzludur?

Hamımız bilirik ki, dəniz suyu çox duzludur. Okeanlar və dənizlər yağış sularından, həmçinin vulkanların su buxarlarından əmələ gəlib. 

Suyu süni üsulla əldə etmək olarmı?

Biz suyu təbii halda okeanlarda, dənizlərdə, göllərdə, çaylarda və s. yerlərdə görürük. O, buludlardan yerə yağış şəklində düşür. Su təbii maddədir. O, iki qazın-hidrogen və oksigenin birləşməsindən ibarətdir. Suyun heç bir istehsalı yoxdur, onu təbiət bizə özü verir. Əlbəttə, kimya laboratoriyalarında suyu əldə etmək olar, ancaq çox az miqdarda. Laboratoriyada suyu əldə etmək üçün onun tərkibində olan iki qazı qarışdırır, onu çox yüksək temperatura qədər qızdırırlar və ya qığılcımdan istifadə edirlər. Bu proses sintez adlanır. 

İlk hesablama cihazını kim icad edib?

XVII-ci əsrdə intellektual inkişaf riyaziyyatda yeni zirvələrə və kəşflərə səbəb oldu ki, bu da yorulmadan hesablama cihazlarını ixtira edənlərin işini xeyli asanlaşdırdı. 1614-cü ildə şotlandiyalı ilahiyyatçı və riyaziyyatçı Con Neper (John Napier) loqarifmik xətkeşi və loqarifmanı kəşf etdi, vurma əməllərini daha sadə toplama əməliyyatlarına çevirdi. 1617-ci ildə o, vurma cədvəlini yazdı və böyük ədədləri çoxaltmağı asanlaşdırdı. Neperin yaratdığı hesablama işlərini olduqca asanlaşdıran hesab çubuqları ona böyük şöhrət qazandırdı. Bu çubuqların köməyilə toplama və çıxma ilə yanaşı vurma və bölmə əməliyyatlarını da yerinə yetirmək mümkün idi. Bir neçə il sonra Neperin loqarifmləri istifadəsini itirməyə başladı və onun lövhələrinə olan ehtiyac aradan qalxdı.