Son əlavə olunanlar

Bu maraqlıdır!

Zərgərlik sənəti

Dekorativ-tətbiqi sənətin ən qədim növlərindən biri də zərgərlikdir. Keçmişdə belə hesab edirdilər ki, zərgərlik məmulatları sehrli, özünəməxsus rəmzi mənaya malikdir. Bu məmulatlar eyni zamanda sahibinin cəmiyyətdəki mövqeyini də bildirirdi.

Bizi əhatə edən əşyalar nədən hazırlanıb?

Bizi əhatə edən, görə bilmədiyimiz, hiss edə bildiyimiz (hissiyyat orqanlarımızın hiss edə bilmədiyi qazlar da daxil olmaqla) bütün cisimlər və əşyalar müəyyən yer tutur və çəkisi var. Bizi əhatə edən hər bir şey materiyadan ibarətdir. 

Argentinanın "quş cənnəti"- Laquna Blanka Milli Parkı

Argentina heyrətamiz bir ölkədir, onun ərazisində özünəməxsus xüsusiyyətləri olan nadir təbii parklar və qoruqlar mövcuddur. Laquna Blanka Milli Parkı (Parque Nacional Laguna Blanca) da istisna deyil. Onun möhtəşəm mənzərələri onilliklər ərzində dünyanın hər bir yanından turistləri cəlb edir.

Bofort şkalası və onun ixtiraçısı

Neft haqqında dünyada ilk filmlər

Azərbaycan öz neft ehtiyatları ilə bütün dünyada məşhurdur. Bakının yaxınlığında yerləşən Balaxanı və Bibiheybət qəsəbələri “qara qızıl”ın çıxarıldığı ilk kəndlər sırasında olub. Lakin bir faktı bilən azdır ki, məhz bu qəsəbələr dünya kinematoqrafiyası ilə sıx bağlıdır. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin qoruqları idarəetmə mərkəzinin mədəni turizm məhsulları hazırlanması üzrə aparıcı mütəxəssisi Vahid Şükürovun məqaləsi bu mövzuya həsr edilib.

Kastel Qandolfo şəhəri

İtaliyanın paytaxtı Romadan təxminən bir saatlıq məsafədə yerləşən Kastel Qandolfo kiçik və füsunkar şəhərdir. Şəhərin ən mühüm özəlliyi isə Roma papalarının yayda istirahət etdiyi sarayın burada yerləşməsidir. Albano vulkanik gölünün sahilində yerləşən şəhərin şöhrəti qədim zadəganlara gedib çıxır. Hazırda isə bura Roma cəmiyyətinin elit təbəqəsinin istirahət üçün üstünlük verdiyi şəhər kimi tanınır. Şəhər yeməkləri, şərabları, qədim xarabalıqları və möhtəşəm mənzərəli gölü ilə turistləri cəlb edir.