Son əlavə olunanlar

Nağıllar, hekayələr

Zahirə Cabir. Şuşa nağılı

Sizə hardan xəbər verim, qarafikirlilərdən, oğrulardan, yalançılardan, qonşuya xain olanlardan, vəfasızlardan, əhdinə əməl etməyənlərdən, buzov minib çay keçənlərdən, yaba ilə dovğa içənlərdən, xoruz belində bostan əkənlərdən, nə bilim nədən, nə bilim nədən… Lənət  olsun quyruqlu yalana, rəhmət olsun quyruqsuz düzə. Rəhmət yazana, lənət pozana. Söz qalsın, insan getsin, yaxşılıq qalsın, pislik getsin. Dost var olsun, düşmən puç olsun, ağıllı yesin, ağılsız hesablasın.  

Balaca Dəvə və Səhranın Dostu

Bir zamanlar böyük bir səhrada balaca bir dəvə yaşayırdı. Onun adı Mavi idi. O, öz ailəsi ilə birlikdə səyahət edirdi, amma bir gün qum fırtınası baş verdi və Mavi yolu itirdi.  

Sehirli şəkil. Çin nağılı

Bu əhvalat lap qədimlərdə, yer üzünü hansı imperatorun idarə etdiyi məlum olmayan vaxtda olub. O qədim vaxtlarda Çju-tszı adlı bir oğlan vardı. Atasından ona bir balaca parça tarla qalmışdı. Bu tarla o qədər kiçik idi ki, Çju-tszı nə qədər çalışıb əlləşirdi, yenə də anası və özü güc-bəla ilə dolanırdılar.  

Mina Rəşid. Təəssübkeşlik

Onda hələ uşaq idim. Hamının sözgəzdirən, aravuran qadın kimi tanıdığı Telli xala bizim qonşumuzun arxasınca danışır, onu ələ salır və gülürdü... Özümü saxlaya bilmədim, qonşumuzun tərəfini saxladım və ona cavab qaytardım... Sənəm xala gülümsədi:  

Mina Rəşid. Mərhəmət

Vüqar əlində dönər parkda skamyada əyləşmişdi. Birdən yanına kiçik bir it gəldi və ona baxıb quyruğunu bulamağa başladı. Vüqar bundan heç xoşlanmadı, tez dönərini gizlətməyə çalışdı. O, istəyirdi ki, it gedəndən sonra rahatca oturub yeməyini yesin. Amma it əl çəkmək istəmirdi. Elə bu vaxt Vüqarın sinif yoldaşı Kənan da oradan keçirdi. O, Vüqarı görən kimi onun yanında əyləşdi. Kənan da özünə dönər almışdı. İt hələ də orada idi. Kənan itə baxdı, gülümsədi, tez dönərindən bir parça kəsib ona verdi. İt sevincək payını götürüb oradan uzaqlaşdı. Vüqar bu səhnədən çox təsirləndi. Dostuna deməsə də, öz-özünə düşündü. Axı nə üçün o da Vüqar kimi belə sevinclə öz payından itə vermədi... 

Mina Rəşid. Jalənin əlləri

Biri vardı, biri yoxdu, Jalə adında qəşəng bir qız var idi. Jalə həmişə əllərini əzizləyərdi. Ona su verən, çörək kəsən, oyun oynayan, rəqs edən əllərinə bir möcüzə kimi baxardı. Bir gün o, həmişə mehriban olan, birgə çalışan əllərinin mübahisəsini eşitdi. Jalə buna çox təəccübləndi. Düşündü ki, yəqin kimsə onları yoldan çıxarıb. Yoxsa əllər heç vaxt mübahisə etməzdilər.