Son əlavə olunanlar

Nağıllar, hekayələr

Hans Xristian Andersen. Çirkin ördək balası

Şəhərkənarı çox gözəldir! Yay günləri olduğundan çöllərdə çovdar qızarmış, yulaf yaşıllaşmış, otlar biçilib, yığılıb, taya vurulmuşdu. Uzunqıç Leylək yaşıl çəmənlərdə gəzişir, misir dili ilə söylənirdi. О bu dili anasından öyrənmişdi.

Heraklın doqquzuncu qoçaqlığı. “Herakl Amazonkalar ölkəsində”

Həmişə qaşqabaqlı və kədərli gəzən qorxaq Evrisfey adamlara qarşı kinli idi, çünki ətrafındakıların çoxu ondan ağıllı, qoçaq və qüvvətli idi. Amma dünyada Evrisfey üçün hər kəsdən əziz bir nəfər vardı- altun telli qızı Admeta. Qızı güləndə Evrisfey də gülümsəyərdi. Admeta ağlayanda isə o, qəzəblə dişlərini qıcayardı. Onda hamı başa düşürdü ki, hökmdar qızının göz yaşlarına bais olmuş adamın axırı çatıb. Admetanın “istəyirəm” kəliməsi Evrisfeyin səltənətindəki bütün qanunlardan güclü idi.

Heraklın səkkizinci qoçaqlığı. “Heraklın Frakiyaya səfəri”

Herakl hələ Krit adasında olarkən Evrisfey onun üçün yeni bir tapşırıq hazırlamışdı. Əgər o, Kritdən sağ-salamat qayıtsaydı, uzaq Frakiya ölkəsinə səfər etməli, hökmdar Diomedin qorxunc madyanlarını gətirməli idi. 

“Pirr qələbəsi” nə deməkdir

“Pirr qələbəsi” ifadəsi Makedoniyalı İsgəndərin ölümündən sonra yaranmışdır. Böyük fateh vəfat etdikdən sonra onun qüdrətli imperiyası parçalanmağa başlayır. Bundan istifadə edən Roma dövləti bu imperiyanın ərazilərini ələ keçirməyə çalışır. 

O.Henri. Son yarpaq

Vaşinqton xiyabanından qərbdə yerləşən kərpic binalardan birində iki rəssam qızın Syu və Consinin studiyası yerləşirdi. Qızların xasiyyət və zövqlərindəki oxşarlıq onları yaxın rəfiqəyə çevirmişdi. Bu hadisə noyabr ayında baş vermişdi. Şəhər böyük bir narahatlıq içində idi. 

Heraklın yeddinci qoçaqlığı. “Heraklın Krit öküzünü ram etməsi”

Evrisfeyin işi-gücü Heraklın öhdəsindən gələ bilməyəcəyi tapşırıq axtarmaq idi. Bu qəhrəman onun yanına nökərçiliyə gələndən bəri padşahın dincliyi pozulmuşdu. İndiyə kimi qorxaqlığından və acizliyindən əzab çəkən Evrisfeyin ürəyini indi həm də paxıllıq qurdu gəmirirdi. Çünki o, hökmdar ola-ola onun nökəri dillərdə dastan olmuşdu.