Son əlavə olunanlar

Nağıllar, hekayələr

Zahid Xəlil. “Papaq”

Bu papaq əhvalatı evdə əməlli-başlı qanıqaralığa çevrildi.  

Heraklın on iki qoçaqlığı. Birinci qoçaqlıq. "Heraklın Nemey şirini öldürməsi"

Nemey adi şir deyildi, bədheybət, nəhəng, sehrli bir yırtıcı idi. Bu şir Kleana kəndinin yaxınlığında, Nemey dərəsində yaşayırdı. O tez-tez ətrafdakı kəndlərə hücum edir, hamını vahimə içində saxlayırdı.

Heraklın uşaqlığı

Ateyə cəza verməklə iş qurtarmırdı. Baş ilah nəyin bahasına olursa olsun, oğlunu qüdrətli etmək istəyirdi. Odur ki, Zevs üzünü ilahlara tutub dedi:

Heraklın doğulması

Bu əhvalat çox qədim zamanlarda Yunanıstan ölkəsində baş verib. O vaxtlar yeri-göyü ilahlar idarə edirdilər. Doğrudur, hər şəhərin bir hakimi var idi. Ancaq ilahlar istəyəndə hakimi ağılsız və bədbəxt, adi adamı isə qoçaq edirdilər. İlahlar çox qüdrətli və ölməz idilər.

Göyçək Fatma

Biri var idi, biri yox idi, allahın bəndəsi çox idi, bir kişiynən bir arvad var idi. Günlərin birində iş belə gətirdi ki, bu kişinin arvadı azarlanıb öldü. Həmin arvaddan Fatma adında yetim bir qızı, bir də oğlu qaldı. Kişi gördü ki, uşaqlara baxa bilməyəcək, odu ki, ayrı bir arvad aldı. Kişinin bu arvaddan da bir qızı oldu, amma bu yaman kifir qız idi. Bu arvad gələn gündən yetim Fatmanı gözü götürmədi. Öz qızının adını da Fatma qoydu. Amma bu qızınan onun asiman tafavüt var idi. Yetim Fatma gözəl göyçək bir qız, çirkin Fatma isə qara keçəl idi. Analıq yetim Fatmaynan, oğlana gün verib, işıq vermirdi. Onları gah suya, gah oduna göndərirdi. Evdə qarabaş kimi işlədirdi.

Rəşid bəy Əfəndiyev. Ana

Bir dəfə kübar xanımların ziyafət məclisi idi.