İsveç nağılı. Əmələ görə qiymət
Bir gün bir kəndlinin atı qaçdı. Kəndli onu axtarmağa yola düşdü. Az getdi, çox getdi, gəlib bir meşəyə çıxdı. Meşəni dolaşanda yoluna bir dağ çıxdı. Dağda bir dərə var idi. Kəndli dərəni keçmək istədi, aşağı baxanda orda bir ilan gördü. İlanın quyruğu bir daşın altında qalmış, yerindən tərpənə bilmirdi.