Bu maraqlıdır!

Nəyə görə heyvanlar əsnəyir

Əsnəmək- qeyri-ixtiyari dərin nəfəs almaqdır. Bildiyimiz kimi, əsnəmək- oksigenin çatışmazlığını kompensasiya edir və təravət hissi verir. İnsan sakit əsnəməyə çalışır ki, yuxusuz və darıxdırıcı görünməsin. Heyvanlar isə etiket qaydalarına riayət etmədikləri üçün ehtiyac duyduqları zaman əsnəyirlər. Heyvanlarda əsnəməyə olan ehtiyac insanlardakı kimi deyil. 


Məsələn, Afrika düzənliklərinin yırtıcı pişikləri ovlarına başlamazdan əvvəl çox zaman dartılırlar. Gecə düşdükdə və iştaha yaxşılaşdıqda, heyvanlar sinirlənir, coşqun hərəkətlər edir və əsnəyirlər. Bu, qanda oksigenin səviyyəsini yüksəltmək üçün ağciyərlərə daha çox hava çəkmək ehtiyacı ilə bağlıdır. Ürək qanı bədənin bütün hissələrinə yayır və bununla da gələcək ov zamanı bədəni çevik hərəkəti üçün lazım olan enerji ilə təmin edir. Nəinki şirlər, hətta balıqlar da sürətli üzməyə başlamazdan əvvəl əsnəyirlər. 


Ancaq bəzi heyvanlar yalnız bu səbəblərdən deyil, tamamilə fərqli səbəblərdən də əsnəyə bilərlər. 


Eyni zamanda, heyvanlar təlaşlandıqda, düşmən və ya qida gördükdə - bir sözlə, tez reaksiya vermək lazım olan bütün vəziyyətlərdə əsnəyirlər. Meymunlar bəzən əsnəyərək nə isə

 izah etməyə çalışırlar. Begemotlar ifadəli əsnəyir. Bu canlılar ağızlarını 150 dərəcəli bucaq şəklində inanılmaz dərəcədə geniş açıla bilər.  Bu da onların suda özlərini başçı kimi göstərməklərinə işarədir.


Heyvanın ağzı bir istilik borusu kimi işləyərək havaya lazımsız qazlar atır. Bəzi heyvanlar dişlərinin nə qədər böyük olduğunu göstərmək üçün əsnəyirlər. Ancaq heç bir nəzəriyyə izah edə bilməz ki, balıqlar, tısbağalar və timsahlar nə üçün əsnəyirlər.