Təbiət

Kərtənkələlər

Dünyada hər bir ölçü və formada 3750 kərtənkələ növü vardır-xırda gekkondan tutmuş 3 metrlik komod əjdahasınadək (qanadlı kərtənkələ). Onların bəziləri qısa və düz, digərləri ayaqsız ilanabənzərdir. Bəziləri parlaq, digərləri solğun rənglidir. Kərtənkələlərin əksəriyyətinin tropiklərdə yaşamasına baxmayaraq, onlara soyuq iqlimli ölkələrdə də rast gəlmək olar.


Kərtənkələlərin böyük hissəsi həşərat, başqa sürünən və hətta kiçik maralları ovlayan yırtıcılardır. Kərtənkələlər ziyanverici həşəratların sayının tənzimləməsində böyük rol oynayırlar. Məsələn, ev gekkonu bir gecəyə bədən çəkisinin yarısı qədər həşərat yeyir. İri kərtənkələlər, məsələn, iquanalar bitki və meyvə ilə, Qalapaqoss adasından olan dəniz iquanası isə əsasən dəniz yosunları ilə qidalanır.

 

Kərtənkələ və digər sürünənlər bədən temperaturlarını davranışları ilə tənzimləyirlər. Günəş altında və ya isti əşyalar üzərində uzanaraq bədənlərinə maksimum istilik yığırlar. Səhra və ya tropik kərtənkələlərin çoxu gecələr, çox isti olmayanda fəal olurlar. Çox soyuq iqlimdə kərtənkələlər qışı dərin yuva və ya çatlar arasında keçirirlər. Quş və məməlilər istiqanlı heyvan adlanırlar, çünki onlar daxili imkanlar hesabına bədənlərinin temperaturunu saxlaya bilirlər, ancaq bunun üçün çoxlu enerji sərf etməli olurlar. Soyuqqanlı sürünənlər isə enerjilərini “boş” yerə sərf etmirlər: soyuqda onlar soyuyur və fəaliyyətini azaldır, ancaq qızındıqdan sonra fəallaşıb çox enerji sərf edirlər.


Səhər və axşam kərgədan iquananın dərsinin rəngi günəş şüalarını udmaq üçün tünd rəngdə, isti vaxtda isə günəş şüalarını qaytarmaq üçün açıq rəngdə olur. 



Qum kərtənkələsi gün ərzində hərəkət edir və dincəlir. Ətraf mühitin temperaturu onun gününün necə keçməsinə təsir edir.


Qum kərtənkələsi gün doğanda oyanır və kölgədən çıxır.


Günün isti vaxtı kərtənkələ gündən qorunmaq üçün kölgədə gizlənir.


Səhər tezdən kərtənkələ öz aktivliyini bərpa edir. Gün batanda kərtənkələ öz sığınacağında gizlənir. Gecələr qum kərtənkələsi düşmənlərdən qorunmaq üçün qıvrılır.

 

Quraqlıq şəraitində yaşayan kərtənkələlər yüksək hərarət və rütubət çatışmazlıqlarına müxtəlif cür öyrəşmişlər. Məsələn, bir çox növlər gecə həyat tərzi keçirərək, alaqaranlıqda, torpağın hələ istini saxladığı vaxt ov edirlər.


Gündüz növləri isə sərin quma girir və yaxud qayaların çatları arasında gizlənərək günün istisindən qorunurlar. 


Su axtarışı ən ciddi problemdir. Səhra kərtənkələlərinin çoxu lazımi suyu qidadan alır. Orqanizm qidanı piyə döndərərək, quyruqda saxlayır. Parçalanmış piy vasitəsilə kərtənkələ enerji və suyu qəbul edir.
Səhranın qazıcı kərtənkələləri “qum balığı” kimi məşhurdur. Pazaoxşar başları yırtıcılardan qorunmaq üçün onlara qumun altında gizlənməyə imkan verir.


Qazıcı həyat tərzi keçirən kərtənkələlərin çoxunun ayağı qumda hərəkət etmək üçün pərdəlidir. Səhra gekkonunun ayağının pərdələri yuvaları qazmağı, barxanlarla hərəkət edərək, qida axtarışını və yırtıcılardan qorunmağı asanlaşdırır.


Koloradolu iquananın barmaqları ov zamanı qumda saxlamaq və müdafiə üçün lələyə oxşar pullarla örtülmüşdür.


Kərtənkələrin çoxlu düşməni vardır. Hörümçək, əqrəb, kərtənkələ, ilan, quş və məməlilər onları ovlayırlar.


Jilatye və eskorpion dünyada yeganə zəhərli kərtənkələlərdəndir. Buqələmunlar rənglərini dəyişərək, hərəkətsiz dayanıb ağac ilanının və yaxud yırtıcının keçib getməsini gözləyirlər. Bəzi kərtənkələlər isə yırtıcını qorxudaraq qaçırlar. 


Bəzi kərtənkələlər olduğundan böyük görünməyə çalışaraq, hücum edəni qorxutmağa çalışırlar. Avstraliyalı plaşgəzdirən kərtənkələ ağzını açıb ucadan fısıldayır və boynunun ardındakı yaxalığını nümayiş etdirərək yırtıcını qorxudur. 


Zirehli kərtənkələ qorxduqda şar kimi yumrulanır, öz yumşaq qarnını tikanlı qabıqları ilə müdafiə edir. 


Əgər yırtıcı kərtənkələnin quyruğundan yapışırsa, o, quyruğunu atır. Yırtıcı yerdə çabalayan quyruqla qalır, kərtənkələ isə qaçıb gizlənir. Quyruq bir neçə ay ərzində yenisi ilə əvəz olunur.


Buynuzlu kral kərtənkələsi yırtıcını təəccüblü silahı olan qanı ilə qorxudur. O, xüsusi əzələlərindən istifadə edərək gözlərindən və onların ətrafından qan ifraz edir. Qan bir metr məsafəyə fışqırır.


İquana “görünməz” qalaraq müdafiə olunur. Bir çox yırtıcılar kiçik hərəkətlərə belə həssaslıq göstərdiyindən, bu kərtənkələ, ağacın bir hissəsi kimi görünməyə çalışaraq, tam hərəkətsiz qalır.