Təbiət

İlanların müdafiə taktikası

İnsanların çoxu ilanlardan qorxur. Onlar bütün canlılara hücum edən soyuqqanlı qatil kimi təqdim olunurlar. Ancaq bununla belə onlar ov hədəfinə də çevrilirlər. Onları balıq, kərtənkələ, digər ilan, yırtıcı quşlar və sürünənlər yeyirlər. İlanlar özünü müdafiə etmək üçün bir neçə üsul yaratmışlar. Onlar yırtıcıya zəhərli olduqlarını nümayiş etdirmək üçün öz parlaq rənglərinə arxayın olurlar. Digərləri maskalanıb yuvaya girir və yaxud ağaca dırmaşaraq təhlükədən qaçır, düşməni qorxudaraq olduqlarından daha böyük görünməyə çalışırlar. Fısıldayıb və yaxud kəskin irəli atılaraq təhlükəli olduqlarını bildirir, bəzi növləri isə tam hərəkətsiz qalırlar. 


Hürküdülmüş ağac ilanı gözlənilmədən çənə və udlaqdakı dəri qatını şişidərək xeyli böyük görünür. 


Bəzi zəhərsiz ilanlar zəhərli ilanların rəngini yamsılayaraq, yırtıcılardan qorunurlar. Bu iki ilan ancaq quyruqlarındakı rəngə görə bir-birindən fərqlənirlər.


Plaşlı kərtənkələ kimi bu ziyansız itibaşlı Meksika ilanı parlaq ağzını geniş açaraq, yırtıcını qorxudur.


Burunlu botrop yırtıcı gördükdə özünü ölülüyə vurur. Yırtıcı uzaqlaşmadıqda çox pis iy verir.


Kral ilanı zəhərli deyil, ancaq zəhərli zınqırovlu ilanlara hücum çəkərək onlarla qidalanır. Zınqırovlu ilan isə kral ilanını sancaraq, müdafiə olunmağa çalışmır.


Zəhərli dişləri qabaqda yerləşən kobra və digər ilanlar, boyunlarını genəldərək, öz ölçülərindən böyük görünməyə çalışırlar. 


Səhra gürzəsi quma basdırılaraq, yırtıcıdan qorunur və pusqudan hücum çəkir. Çöldə ancaq başı və gözləri görünür.


Qırmızı boğaz kral ilanı quyruğundakı qırmızı halqaları nümayiş etdirərək yırtıcını qorxudur. Əgər o, geri çəkilmirsə, ilan bədəninin aşağı hissəsinin narıncı rəngini də göstərir. Qırmızı və narıncı rənglər təhlükəni bildirir.