Qarabağ

Qırmızı monastır

Kəlbəcər rayonunun Qozlu kəndindən 3 km aralıda, sıldırım qayalıqlı yüksək ərazidə, üç tərəfdən sərt enişlə əhatə olunmuş meşənin içində yerləşən tarixi monastır 1224-cü ildə inşa edilmişdir.


Qırmızı monastır Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.


Ərazisi epiqrafik yazılarla zəngindir.  Alban xristianlıq memarlığına aid olan abidə kompleks kilsədən, narteksdən, sovmədən və digər tikililərdən ibarətdir.


Bu tarixi abidə 1993-cü ildən Ermənistan işğalı altındadır və məhv olmaq üzrədir.