Nağıllar, hekayələr

Çeçələ barmaq

Çeçələ barmaq Baş barmağı heç sevməzdi. Həmişə öz-özünə düşünürdü: "Hər işdə özünü qabağa verir. Qoymur ki, mən də qələm tutum, qaşığı saxlayım".

 

Çeçələ barmağa par-par parıldayan bir üzük taxılmışdı. Bir gün bu üzük sürüşdü, az qaldı ki, barmaqdan çıxsın. Çeçələ barmaq Adsız, Orta və Şəhadət barmaqları köməyə çağırdı. Barmaqlar nə qədər çalışsalar da, üzüyü yerinə qaytara bilmədilər. Elə bu vaxt Baş barmaq özünü çatdırdı. Üzüyü tutub yerinə çəkdi. Sonra üzünü Çeçələ barmağa tutub dedi:

 

- Unutma ki, mən burdayam. Hər zaman mənə güvənə bilərsən.

 

Çeçələ barmaq o gündən sonra heç bir barmağa paxıllıq etmədi. Hamısı ilə dost oldu. Onlarla birgə xeyirxah işlər gördü.