Təbiət

Ağaclar necə böyüyür

Bütün canlılar kimi ağacların da böyüməsi üçün qida lazımdır. Bəs ağac ona lazım olan qidanı necə alır?

 

Bitki torpaqdan su və mineral duzlar, havadan karbon iki oksidi alır; yaşıl yarpaqlar isə Günəş enerjisini nişastaya, şəkərə və sellülozaya çevirir. Yəni ağacda, böyümə və inkişafı təmin edən kimyəvi proseslər gedir.

 

Ağacın oduncağı ilə qabığının arasında "kambi" adlanan nazik qat var. Bu qatda yeni hüceyrələr yaranır. Kambinin iç tərəfində yaranan hüceyrələr oduncağı, çöl tərəfindəkilər ağacın qabığını əmələ gətirir. Ona görə də yaşı artdıqca, ağacın diametri də böyüyür. Ağacın diametri daim böyüyür, amma tez-tez çatlayır, ölür, qopub düşür. Ağac həm boyuna, həm də eninə böyüyür. Har budağın ucunda canlı hüceyrələr olur. Aktiv böyümə zamanı bu hüceyrələr bölünür, onlardan yeni-yeni hüceyrəlar yaranır. Budaqlar boy ataraq təzə yarpaqlar əmələ gətirir. Bu minvalla yeni pöhrələr boy atır.

 

Zaman keçdikcə, budaqların ucları öz aktivliyini itirir, onların boy atması zəifləyir. Yeni hüceyrələr sərtləşir, onların başında pulcuqlar yaranır, onlar tədricən tumurcuğa çevrilir. Belə tumurcuqları qışda ağacların budağında asanlıqla görmək olar.

 

Yazda həmin pulcuqlar quruyub tökülür, tumurcuqlar açılır. Gördüyünüz kimi, kambi qatı və hüceyrələr ağacın hər il eninə-uzununa böyüməsini təmin edir. Ağacın kəsiyində ardıcıl açıq va tünd halqalan, yəqin, hamınız görmüsünüz. Rənglarin fərqi ona dəlalət edir ki, oduncağa daxil olan hüceyrələrın ölçüsü eyni deyil. Açıq rəngli zolaqlar ölçüsü iri olan, yazda qabığı elə deyil. Yaş artdıqca, qabıq daha və erkən yaşda yaranan hüceyrələrdən ibarətdir. Tünd rəngli zolaqlar isa daha xırda, sıx yerləşən və yayın axırında əmələ gələn hüceyrələrdəndir. Onları ölçüsünə görə bir ildə əmələ gələn oduncağın miqdarını təyin etmək olar, halqaların sayı isə ağacın yaşına dəlalət edir.