Şeirlər

Hikmət Ziya. Pinqvin canfəşanlığı

Pinqivinə dedilər bir gün: «Mayestro!»
Dirijorluq etdi orkestrə o.
Sağ əlində çubuq, əynində frak,
Pultun arxasında qanad çalaraq,
O, konsertlər verdi neçə salonda,
Hələ dönə-dönə alqışlandı da.
Şöһrətə uyaraq söylədi, gərək,
Həm də ad çıxaram mən ifaçıtək!
Qazdan klarneti aldı: — Dayan, sən!
Özüm çalacağam onu bu gündən.
Bir dəfə üz tutdu Ağacdələnə:
— Təbili bəri ver, yaraşmır sənə.
Səһər skripkanı aldı Sərçədən:
— Mən yaxşı çalaram onu Sərçədən.
— Fleytanı görüm, — dedi Bülbülə —
— Cəһ-cəһi bax, belə çəkərlər zilə!
— Beləcə һər quşu əvəz etdi o,
— Özündən çox razı qaldı «Mayestro».
Dirijorluğunu bir gün unutdu.
— Quşlar da boş görüb qarşıda pultu,
Musiqini nə cür gəldi çaldılar,
Çalmaq nədir, һaray-һəşir saldılar.
O gündən səs-səda düşdü һər yerə:
— Pult tapşırmaq olmaz pinqvinlərə.