Budaq Təhməz. Kim tapar?
Uşaqları toplayıb,
Səhər başına Anar,
Altı qara qoyunun
Dedi, neçə başı var?
Altı, dedilər yerdən,
Hamı gülüşdü birdən.
- Düz deyil! - dedi Anar,
Fikirləşin, kim tapar?
Tural dedi: - Mən bildim,
Bir başı var, uşaqlar.
Altı qara rəngdisə,
Sayına nə dəxli var?