Xəbərlər

20 iyul - Beynəlxalq Şahmat Günüdür

20 iyul - Beynəlxalq Şahmat Günüdür. Planetin hər yerində qədim və müdrik oyun pərəstişkarları öz bayramlarını qeyd edirlər.

 

Şahmat dünyanın ən qədim oyunlarından biridir. Rəvayətə görə, idmanın bu növü Hindistanda yaradılıb. Daha sonra İrana, oradan ərəb ölkələrinə və Avropaya yayılıb. Şahmatın Avropaya yayılmasında isə açar ölkə İspaniya olmuşdur. İlk vaxtlar şahmata satranc deyirmişlər. Bu söz bəzi ölkələrdə indi də işlədilir.

 

Orta əsr səyyah və tarixçiləri Azərbaycanda 17 idman növünün mövcud olduğunu qeyd edirdilər. Həmin idman növlərindən biri də şahmat idi.

 

Ötən əsrin 70-ci illərindən başlayaraq şahmatın inkişafına Azərbaycanda dövlət səviyyəsində diqqət artırılıb, bu məqsədlə xüsusi qərarlar qəbul edilib, şəhər, qəsəbə və rayonlarda şahmat məktəbləri açılıb. Beləliklə, şahmat oyununa maraq kütləvi xarakter alıb, Azərbaycanın özünəməxsus şahmat məktəbi formalaşıb.

 

Şahmatçıların bayramı Pekində keçirilmiş FİDE “Qran-pri” turniri qrossmeysterimiz Şəhriyar Məmmədyarovun qələbəsi ilə yekunlaşıb. 11 görüşdən 5-də qalib gələn çempionumuz 7 xal toplayaraq dünyanın ən yaxşı şahmatçılarından biri kimi təsdiqlənib.

 

Son 14 ildə respublikada yeniyetmələrin dünya və Avropa çempionatlarında 70 medal qazanıb. Azərbaycan şahmatçıları Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Vüqar Həşimov bu gün dünyanın qabaqcıl şahmatçıları sırasında yer alırlar.